Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO
Mьəllif: admin1
Tarix: 4-04-2015, 12:26
Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO

03.04.2014 Tarixində Gürcüstan müsəlmanalrı Marneuli şəhərində imam Əli (ə) məscidinin önündə, bir sıra ölkələrin başda da Səudiyyə rejimi olmaqla Yəmən xalqına qarşı amansızcasına etdikləri haqsızlıqlara etiraz aksiyası keçirdilər. Aksiyada Gürcüstanın müxtəlif bölgələrindən toplaşan müsəlmanlar, Yəmən xalqına edilən zülmlərə son qoyulmasını tələb etdilər. İlahiyyatçı Mirismail Əsədov aksiya iştirakçıları önündə çıxış edərək Yəmənə olan hücumların mahiyyətini açıqladı və bildirdi ki:
"Tarix boyu haqqla-batil və xeyirlə-şər cəbhəsinin həmişə bir birinin qarşısında dayanması prinsipini nəzərə alsaq bu gün həmin məsələnin Yəməndə təkrarlanmasını görürük. Məzlum Yəmən xalqı uzun illər sarsıdıcı mübarizədən sonra öz azadlığına qovuşduqda, dünya imperializm qüvvələri öz mənafelərini təhlükədə görərək bunu həzm edə bilmədilər və Yəmənə hücumu planladılar."
O, çıxışının davamında vurğuladı ki:
"Məzlum Yəmən xalqı öz azadlığının bədəlini ödəyir."
Mirismayıl, başqa dinlərin davamçıları olaraq Mahatmaqandi və Nelson Mandelanın azadlığ uğrunda mübarizəsini misal vuraraq bildirdi ki:
"Azadlığa və ədalətə sevgi insanlıq həqiqətindən qaynaqlanan bir sevgidir və hansısa bir dinin davamçılarına aid deyil. Bunun üçün də insanları, azadlıq uğrunda mübarizəsi üçün belə cəzalandırmaq heç də insanlıqla uyğun bir şey deyil, amma Yezid babasından dərs almış və insanların hər gün nahaq yerə qanını tökməyə and içmiş Səudiyyə rejimi öz dostları ilə birlikdə, qoca, cavan, arvad uşaq tanımadan bu hücümları Yəmən xalqına başlatdı."
O,söhbətinin sonunda Gürcüstan müsəlmanları adından günahsız insanların qanına susamış, İraq və Suriyada tökülən qanlara səbəb olan bu rejimlədən öz zülmlərinə son qoymağı tələb etdi və onları, Yezidin aqibətinə baxıb ondan dərs almağa çağırdı.
Aksiyanın sonunda iştirakçılar əllərini səmaya qaldıraraq uca tanrıdan İmam Zaman (ə)-ın zühurunu diləyərək başda Ali-Səud olmaqla bütün zalimlərin sonunu istədilər.
Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO
Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO
Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO
Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO
Gürcüstan müsəlmanlarından Yəmənə dəstək aksiyası.FOTO-VİDEO



mgeo.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930