Hacı Rasimin Cümə xütbəsi (1-ci hissə, tam mətn)
Mьəllif: admin1
Tarix: 29-03-2015, 14:25
Hacı Rasimin Cümə xütbəsi (1-ci hissə, tam mətn)


Cümə günü, Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt Cəmiyyətinin sədri mənəvi liderimiz ilahiyyatçı alim Hacı Rasim Məmmədovun imaməti ilə cümə namazı qılınıb.

Namazdan öncə imam-cümə cənab Hacı Rasim mənəvi və ictimai olaq üzrə iki xütbə söyləyib.

Özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət edən cənab Hacı Rasim birinci xütbəsində İmam Əli (ə)-ın "Həmmam" xütbəsinə istinadən təqvalıların xüsusiyyətlərindən danışıb.

Cənab Hacı Rasim bildirib ki, İmam Əli (ə)-ın öz adib səhabəsi Həmmama xitabən danışdığı həmin xütbədə təqvalıların yüzdən çox sifət və xüsusiyyətlərini sayılıb.
İlahiyyatçı alim həmin xüsusiyyətlərdən bir neçəsini olaraq bunları söyləyib:

"1. Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın və Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar),
2. Geyimləri ortadır (həyatlarında ifrata varmaq və ya həddən aşağı olmaq yoxdur)
3. (xalq arasında) təvazökarlıqla davranarlar
4. Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz)
5. Onlara xeyir verən elmə qulaq verərlər
6. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər nə olmasından asılı olmayaraq) kiçikdir.
7. Yumşaqlıq və gözəl xasiyyətlilikdə uzaqgörən,
8. Səbirlilikdə alim,
9. Zənginlikdə mötədil (israf etməyib varını yersiz xərcləməyən),
10. Ibadət və bəndəlikdə təvazökar görərsən
11. Yoxsulluq və imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın).
12. Onlar çətinlikdə səbirli,
13. Söyüş söyməkdən və çirkin sözdən uzaqdır və sözü mülayim olar.
14. Çətinliklərdə vüqarlı və dözümlü,
15. Acı anlarda səbirli,
16. Dinclik və rahatlıqda şükür edəndir.
17. Nifrət etdiyi kimsəyə zülm etməz
18. Sevdiyi şəxsə görə günaha düşməz. (Öz nəfsi istəklərinə tabe olan və zalım insanların əksinə olaraq, sevmək və ya nifrət bəsləmək onun öz şəri vəzifəsini yerinə yetirməsinə mane olmur.)
19. Ona tapşırılan şeyi zay etməz və yadına salınan şeyi unutmaz.
20. Heç kəsi xoşagəlməz ləqəblərlə (kafir, fasiq, münafiq və çirkin kəlmələrlə) çağırmaz
21. Qonşuya ziyan vurmaz.
22. İnsanların başına gələn acı hadisələrə sevinməz. Ona zülm edəni bağışlayar
23. Onu məhrum edənə yaxşılıq və ehsan edər
24. Ondan ayrılana birləşər.
25. Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü və əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı."

Xütbəsinə davam edən mənəvi liderimiz təqvalaıların xüsusiyyətlərinin bir neçəsinin də "Ali-İmran" surəsinin 133-134-cü ayələrində olduğunu bildirərək deyib:
"Belə ki, Allah taala onları Allahın məğfirəti, yeri-göyü əhatə edən sonsuz nemətlərlə müjdələdikdən sonra onlarda bu bir neçə sifətin olduğunu buyurur: "Onlar bolluqda və yoxsulluqda qarşılıqsız ehsan edənlər, qəzəblərini söndürənlər, onlara pislik edildiyi zaman güzəşt edənlərdir. Allah xeyir əməl sahiblərini sevər."
Ərəb dilində "kəzm" o zaman su tuluğunu doldurdukdan sonra ağzını bagladıqları ipə deyərdilər. Burada da insanın içi və qəlbi qəzəblə dolduğu halda təqva ipi ilə qəlbin ağzını bağlamaq və qəzəbi daşmağa qoymamaqdır. Məhz İmam Kazim (ə)-a da "Kazim" ləqəbinin deyilməyi də elə o Həzrətin daim öz qəzəbini söndürdüyünə və cilovladığına görədir. Bir gün İmam Kazim (ə)-ın xidmətçilərindən biri nalayiq bir iş görmüşdü və İmamın bu işi eşidib narahat olduğunu bilirdi, ona görə də O Həzrətin yanına gedəndə bu ayəni tilavət elədi: "Vəl kazimin-əl-ğəyz", İmam buyurdu: "Sənə olan qəzəbimi söndürdüm." Həmin şəxs dedi: "Vəl afinə ənin-nas." İmam buyurdu: "Səni bağışladım". Qulam ayənin arxasını oxudu: "Vallahu yuhibbul-muhsinin" İmam buyurdu: "Səni Allah yolunda azad etdim". Məzmunca bu ayəyə çox yaxın olan "Əraf" surəsinin 199-cu ayəsində Allah Peyğəmbərə xitabən bururur: "Xuzil əfvə vəəmur bil-məruf və-əəriz ənil cahilin". Bu ayənin təfsirində burublar ki, Hz Peyğəmbər Cəbrailə buyurdu ki, bu ayənin daha da açıqlamanı istəyirəm. Cəbrail dedi: "Gərək bu ayənin açıqlamasınıAlimdən (Allahdan) soruşam".
Cəbrail ikinci dəfə Hz Peyğəmbərə nazil olun ərz etdi ki: "Rəbbin sənə 3 şey haqqında əmr edib, tapşırdı:
1. Sənə zülm edənləri bağışla.
2. Səni məhrum edənlərə sən ehsan və əta elə
3.Səninlə əlaqəni kəssələr, sən onlarla əlaqə qur.
Bu ayənin haqqında İmam Cəfər Sadiq (ə) buyurur: "Bu üç xüsusiyyət Peyğəmbərdə olan bütün gözəl xüsusiyyətlərin xülasəsi idi"."
Sözünün davamında cənab Hacı Rasim bunları söyləyib: "
Əlbətdə Peyğəmbər (s) və Əhli-beyt (ə) onlara şəxsi zəmində pislik ediləndə güzəşt və əfv edərdilər, ancaq İlahi dəyərlər tapdalanıb hüdudlar aşılanda çox əsəbləşərdilər...
Həzrət Əli (ə) Peyğəmbəri (s) tərifləyəndə deyirdi: "Peyğəmbər dünya işləri üçün heç vaxt əsəbiləşmirdi, amma elə ki, bir həqiqətin üstündə qəzəblənirdi, bir İlahi işin üzərində qəzəblənirdi o Həzrəti tanımaq olmurdu ta ki, istəyinə çata (məsələn intiqamını ala).
Həzrəti Musa (ə) deyir: "İlahi, Qiyamət günü Sənin ərşinin kölgəsindən başqa heç bir yerdə kölgə olmayacaq, o kölgədə kimlər əyləşəcək?"
Allah taala buyurur: "Əgər bir yerdə mənim haram etdiklərimi halal etsələr orda pələng yaralansa necə əsəbləşərsə və qarşısında heç kəs dayana bilməz, mömin də deyilən halda o cür əsəbləşər. Bax o kölgədə onlar əyləşər".

İlahiyyatçı alim həmçinin bunları söyləyib: "Söhbətimizin əsas hissəsi qəzəb haqqında olduğuna görə mən yenə həmin mövzuya qayıdıram. Qəzəb bütün zərərli xüsusiyyətlərin içində ən şiddətli olanlardandır. Çünki, qəzəbdə bəzi günahlar kimi özündən sonra digər günahlara zəmin yaradır. Məsələn, hədisdə buyurulduğu kimi "Şərab bütün günahların açarıdır". Çünki, insanın əqlini və insan çox böyük günahlar edir. Məsumlardan nəql olunan hədislərdə buyurulduğu kimi: "Qəzəb və şəhvət insanın əqlini alar". Başqa bir hədisdə "Qəzəb elə bir atəşdir ki,əvvəl öz sahibini yandırar"."

"Peyğəmbərin (s) bir hədisi ilə sözümü tamamlamaq istəyirəm: "İnsan oğlunun həyatda udduğu şeylərin içində ən şərəfli tikə onun udduğu qəzəbidir"."-deyə cənab Hacı Rasim öz mənəvi xütbəsini tamamlayıb.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930