Əhli-Beyt (ə) Cəmiyyəti Fransada olanlar haqqında bəyanat verib
Mьəllif: admin1
Tarix: 16-01-2015, 15:34
Əhli-Beyt (ə) Cəmiyyəti Fransada olanlar haqqında bəyanat verib


Bismillahir-Rahmənir-Rahim!

“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rahmət olaraq göndərmişik.”
Ənbiya surəsi, ayə 107

İnsanların mənəvi dəyərlərinə hörmətlə yanaşmaq həm ilahi kitablarda, həm müdriklərin sözlərində həmişə ciddiyyətlə təkid olunub. İnsanların sitayiş və ibadət etdiyi, müqəddəs bildiyi anlayışları hər hansı formada pisləyib məsxərə etmək bir cəmiyyətin və ya qrupun necə mənəvi tənəzzülə uğradığının bariz nümunəsidir.
Son günlərdə Fransada baş verən teror aktları və Böyük İslam Peyğəmbərinin (s) karikaturasının çəkilməsi eyni şüur səviyyəsinə mənsub olan insanların işidir. Çünki, onların birinci qrupu insanların canlarını terror edir, digərləri isə mənəviyyat və ruhlarını terror edirlər.

Biz Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti, Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Təşkilatı olaraq Fransada "Şarli Ebdo" jurnalına və marketə olan terror aktlarını pisləyir və bu işin İslam anlayışından çox uzaq olduğunu qeyd edirik.
Adı çəkilən jurnalın Peyğəbərimizi (s) təhqir edən yeni karikaturasını da lənətləyir və qətiyyətlə pisləyirik! Həmçinin, həmin mənfur jurnal tərəfindən daha öncə Hz İsa (ə) və məsihi müqəddəslərinə olan təhqiri də pisləyir və etiraz edirik!

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930