Marneulidə möhtəşəm "Qədir-Xum" günü bayramı keçirilib (FOTO)
Mьəllif: Admin
Tarix: 8-07-2023, 11:22
Marneulidə möhtəşəm "Qədir-Xum" günü bayramı keçirilib (FOTO)
Marneuli şəhərində "Qədir-Xum" bayramı münasibətilə mötəbər tədbir keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, tədbirdə din xadimləri, ictimaiyyət adamları ilə yanaşı Türkiyədən və Rusiyadan dəvət olunmuş alimlər və yerli inanclı şəxslər iştirak ediblər.

Azər Məmmədov aparıcılığı ilə baş tutan tədbir Quran-Kərim qarisi Rza Cəfərinin müqəddəs Qurani-Kərimin tilavəti ilə açıq elan olunub.

Daha sonra Türkiyə Əhli-beyt (ə) alimlər birliyinin üzvü, ilahiyyatçı alim, araşdırmaçı yazar Mehdi Aksu, İlahiyyatçı Hacı Əli Əliyev, alim və təhqiqatçı hacı Qurban Mirzəxanov, İlahiyyatçı Elçin Cəfərli və Marneulinin İmamcümələrindən Hacı Hacıyev çıxış edərək bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti və İmamət məqamının önəmindən danışıb, Qurani-Kərimin son ayəsi və Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.

Tədbirdə iştirak edən məddahlar məsumların şəninə yazılan ilahilər səsləndiriblər. Sonda tədbir iştirakçıları bayram şirniyyat süfrəsinə dəvət olunub.

Mərasimin yekununda ölkə və dünya müsəlmanları üçün dualar edilib, əmin-amanlıq arzu edilib.

Qeyd edək ki, baş tutan tədbir, Gürcüstan Əhli-Beyt cəmiyyəti (ə) həmçinin İmam Əli (ə) və İmam Hüseyn (ə) adına məscidlərin birgə təşkilatçılığı ilə keçirilib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031