İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə tədbir keçirildi (Foto)
Mьəllif: Admin
Tarix: 7-03-2023, 18:23
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə tədbir keçirildi (Foto)
Bu gün Marneuli İmam Əli (ə) məscidi, İmam Hüseyn (ə) məscidi və "Gürcüstan Əhli-beyt (ə) Mədəni-Maarif Cəmiyyəti"nin birgə təşkilatçılığı ilə Zamanə imamı, həzrəti Məhdinin (ə.f) təvəllüdü münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) Mədəni-Maarif Cəmiyyəti"nin Hüseyniyyəsində tədbir keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, İlahiyyatçı Vəfadar Haqverdiyevin aparıcılığı ilə baş tutan tədbir, Quran qarisi Kərbəlayi Rza Cəfəri Qurani-Kərim tilavəti ilə açıq elan olunub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Gücüstan nümayəndəliyinin rəhbəri İlahiyyatçı Əli Əliyev öz çıxışında müsəlmanları təbrik etdi və İlahi peyğəmbərlərin (ə) həyatlarından stat gətirərək İmamın (ə.f) uzun ömürlüyü, İmam Zamanın (ə.f) zühuru və tərafdarları haqqında danışıb.

Tədbirdə qonaq olan İran İslam Respubilkasından təşrif gətirən Təbriz şəhərinin xətiblərindən və ustadlarından olan Ayətullah seyid Mirmahmud Səfəvi Xəlxali çıxış edərək Alim Qurani-Kərimdən ayə gətirərək zamanə İmamının (ə.f) İlahi hakimiyyətin qurulacağını qətiyyətlə olacağını dedi.

Çıxışın davamında alim bu gün bəşəriyyətin ədalət sorağında olduğunu və bu gün ki, bütün idoloji məktəblərinin heç biri ümum bəşəri ədaləti gətirə bilmədiyini buyurdu və O həzrətin (ə.f) quracağı vahid hökümətin tam ədalətli olacağını dedi.

Həmçinin O Həzrət (ə.f) haqqında Əhli-beyt (ə) məddahları Said Həsən, Anar Cəfəri və Tbilisi, Soğanlığ kəndindən gəlmiş tələbələr şeir və ilahilər səsləndiriblər.

Sonra dəyərli alim İmam Rzanın (ə) hərəmindən gətirdiyi bayrağı yerli ruhanilərə təqdim edib və adı Məhdi olan az yaşlı uşaqlara hədiyyələr verdi.

Məclisin sonunda dualar oxundu və bayram süfrəsi açıldı.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930