ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)
Mьəllif: Admin
Tarix: 17-01-2023, 20:47
ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)
Ölkəmizdə səfərdə olan Ümumdünya Əhlul-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani və onu müşayiət edən nümayəndə heyəti bu gün Tbilisi Cümə məscidini ziyarət edib və Gürcüstan Müsəlmanları İdarəsində olub.

Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi Gürcüstan müftisi Etibar Eminov, qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze və digər ruhanilər məscidin iclas salonunda görüş keçirib.

Görüş zamanı Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin amal və məqsədi, son illərdə gördüyü işlər və gələcək proqramları haqda məlumat veriblər.

Görüşdən razılıqlarını bildirən İran İslam Respublikasında yerləşən Assambleyanın baş katibi və digər qonaqlar dini rəhbərlərin fəaliyyətlərini yüksək qiymətləndirib, onlara müqəddəs fəaliyyətlərində uğurlar dilədilər.

Görüşlərin sonunda xatirə olaraq əziz qonağa hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.


ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)
ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)
ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)
ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)
ÜMUMDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ BAŞ KATİBİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNDƏ OLUB (Foto)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930