Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Mьəllif: Admin
Tarix: 28-11-2022, 22:46
Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə bayram mərasimi təşkil olunub.

Gürcüstan Müsəlman Qadınları İcmasının və "Hz. Zeynəb (s.ə) Qadınlar Birliyi"nin birgə təşkilatçılığı ilə keçirilən mərasimə Marneulinin rayon və kəndlərindən inanclı xanımlar dəvət olunub.

Tədbiri Əsmayə Əbilova xanım təbrik və giriş sözü ilə açıq elan etdikdən sonra sözü Qurani-Kərimdən ayələr tilavət etmək üçün Laləzar İbrahimovaya verib.

Sonra BGMİ-nin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın digər üzvləri olan Nahidə Hacıyeva və Aidə Hüseynova çıxıç edib.

İslamda nümunəvi qadın simvolu olan Hz. Zeynəbin (s.ə) həyatı, fəziləti və örnək özəllkləri, Xanımın Kərbəladakı rolu söhbətlərin əsas mövzularından olub.

Peyğəmbər (s) nəvəsi, Əli (ə) və Fatimə (s.ə) qızı və imamət bacısı Hz. Zeynəbin (s.ə) səbri, fədakarlığı və həyalı həyatından bəhs edən videoçarx nümayiş etdirilib, şeir və hədislər oxunub.

Mənəvi bayram əhval ruhiyyəsi abu-havasında keçirilən mərasimdə Gürcüstanlı məddah Səid Həsən ilahilər ifa edib.

Mərasim birgə dua oxumaqla sona çatıb. Mərasim iştirakçıları bayram şirniyyatı süfrəsinə qonaq olublar. Onlara yeni ilin dini təqvimi hədiyyə edilib.


Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Hz. Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930