"ƏMİN" XEYRİYYƏ FONDU QURBAN BAYRAMI MÜNASIBƏT UŞAQLARI SEVİNDİRİB
Mьəllif: Admin
Tarix: 11-07-2022, 12:15
"ƏMİN" XEYRİYYƏ FONDU QURBAN BAYRAMI MÜNASIBƏT UŞAQLARI SEVİNDİRİB

"Əmin" Xeyriyyə Fondu, Qurban bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edib.

Ahlibeyt.ge xəbər verir ki, Fondun rəhbəri Mahir Məmmədovun verdiyi məlumata görə, bir çox yardımsevər həmvətənlərimiz bu aksiyaya qoşularaq 20 xırda buynuzlu kiçikbaş heyvanın alınaraq qurbanlıq edilməsinə vasitə olublar.

"Toplanan yardımlarla Gürcüstanın müxtəlif bölgələrindən olan 120 valideyn himayəsindən məhrum ehtiyaclı uşaqların ailəsinə və 40-a yaxın aztəminatlı ailələrə (3 kq.) qurbanlıq əti şəkilində paylanıldı.

Əmin Yardım Fondu bu yolda maddi və mənəvi dəstəyi olan hər bir kəsə təşəkkür edir, Allahdan əcr diləyir.

Xatırladaq ki, “Əmin Xeyriyyə Fondu” artıq 3 ildir ki, hər ay himayəsinə götürdüyü 110 uşağa uşaqbaşına 50 lari olmaqla yardım edir.

Eyni zamanda Novruz, yeni il, Ramazan və Qurban bayramlarında da xeyriyyəçi və yardimsevər insanlardan topladığı ianələr hesabına ərzaq və nəqd pul şəkilində öhdəsinə götürdüyü valideyn himayəsindən məhrum ehtiyaclı uşaqların və eləcə də gözləmə növbəsində olan müraciət edənlərin ailəsinə yardımlar edir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930