İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
Mьəllif: Admin
Tarix: 19-03-2022, 21:26
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
Bu gün "Əl-Mustafa (s)" təhsil mərkəzinin, Gürcüstan Müsəlmanları İdarəsinin və "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti"nin birgə təşkilatçılığı ilə İmam Zamanın (ə.f) təvəllüdü münasibəti ilə Marneuli şəhərinin Qızılhacılı kəndində yerləşən "Kristal" şadlıq sarayında tədbir keçirildi.

Ahlibeyt.ge xəbər verir ki, təşkil olunan tədbirdə müəllim kollektivi, tələbələr və xüsusi ilə elm ictimaiyyət xadimləri iştirak edirdilər.

İlahiyyatçı Kamran Məmmədovun aparıcılığı ilə baş tutan tədbir, İlahiyyatçı Fuad İsayevin Qurani-Kərim tilavəti ilə açıq elan olundu.

Tədbirdə Beynəlxalq "Əl-Mustafa (s)" təhsil mərkəzinin Gürcüstan Nümayəndəsi Həsən Yusifzadə çıxış edərək bütün Əhli-beyt (ə) sevərlərə təbrik deyərək İmam Məhdinin (ə.f) məqam və fəziləti, xüsusiyyətləri haqqında danışdı.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Gücüstan nümayəndəliyinin rəhbəri İlahiyyatçı Əli Əliyev öz çıxışında müsəlmanları təbrik etdi və Gürcüstanda olan mədrəsələrin tarixi haqqında məlumat verdi.

Daha sonra xanım Naidə Hacıyeva çıxış edərək insanların öz əməllərini düzəltməkdən və İmam Məhdinin (ə.f) zühuruna hazırlaşmağın önəmindən danışdı.

Həmçinin O Həzrət haqqında mədrəsə tələbələri şeir və ilahilər səsləndirdilər.

Sonda "Əl-Mustafa (s)" təhsil mərkəzində təhsil almış bir neçə ilahiyyatçıya diplom təqdim edildi, məqalə yarışmasının qaliblərinə sertifikat və hədiyyələr təqdim olunaraq mükafatlandırıldı.

Məclisin sonunda bayram süfrəsi açıldı.


İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)
İmam Məhdi (ə.f) təvəllüd günü münasibəti ilə mərasim keçirildi (Foto)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930