MARNEULİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB (Foto)
Mьəllif: Admin
Tarix: 7-03-2022, 22:33
MARNEULİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB (Foto)
Bu günlər dünyanın bəzi ölkələrində olduğu kimi Gürcüstanda da Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti ilə silsilə bayram tədbirləri keçirilir.

Həmin tədbirlərdən biri də bu gün Marneulinin Ağaməmmədli kənd məscidinin mərasim zalında təşkil olunub. Buraya Marneulinin Ağammədli və ətraf kənd sakinləri, din, elm ictimaiyyət xadimləri dəvət olunub.

Axund Hacı Çingiz Əliyevin aparıcılığı ilə keçirilən tədbir Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.

Tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova, Marneulinin baş axundu Hacı Əziz Nəbiyevə, kənd məktəbinin direktoru Əşrəf müəllim Tükənova çıxış üçün söz verilib.

Çıxış edənlər Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar münasibəti ilə təbriklərini çatdırıb Kərbəla sərvərlərinin fəziləti, şəxsiyyəti, kəlamları və Onların həyatından alınan dərslər haqda geniş məlumat veriblər.

Həmçinin dini şəxsiyyətlərə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyət və faydaları haqqında danışıblar.

Əhlibeyt məddahı Kərbəlayi Səid Həsənin ifasında ilahi nəğmələr, şeir və qəsidələrlə şən əhval ruhiyyədə keçirilən mərasimdə yerli gənc möminlər və Quran kursunda oxuyan tələbələr də şeir və dini mahnılar oxuyublar.

Nəhayət tədbir ölkə və İslam dünyası üçün dualar oxunmaqla sona çatıb. Sonda iştirakçılar bayram süfrəsinə qonaq olublar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930