Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Mьəllif: Admin
Tarix: 2-03-2022, 22:03
Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Qardabani rayonunun Muğanlı kəndində Əziz İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, tədbirdə rayon və ətraf kəndlərdən dəvət olunan inanclı gənclər və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin aparıcısı Məşhədi Vidadi Qurbanov məclisi öncə Qurani-Kərimin tilavəti ilə açıq elan etdikdən sonra Məbəs bayramının məna və tarixi mahiyyəti haqqında məlumat verib.

Sonra çıxış və təbrik üçün söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova, Muğanlı kəndinin axundu Humbət Əliyevə və Türkiyədən ölkəmizdə qonaq olan Dəyərli din alimi, ilahiyyatçı, yazar Hacı Mehdi Aksuya verilib.

Çıxış edən natiqlər əziz İslam Peyğəmbərinin (s) şəxsiyyəti, Məbəsin missiya və məzmunu, Peyğəmbərimizin (s) gətirdiyi son və kamil dinin özəllikləri və tapşırıqları haqqında söhbətlər ediblər.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Əhli-beyt (ə) məddahı Səid Həsənin ifasında şeir və dini ilahilər səsləndirilib. Bayram tədbiri İmam Zaman (ə) duasının oxunması ilə sona çatıb.


Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)
Qardabanidə "Məbəs" bayramı münasibəti ilə mərasim təşkil edilib (Foto)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031