Marneulidə "Məbəs" bayramı münasibətilə tədbir keçirildi (Foto)
Mьəllif: Admin
Tarix: 2-03-2022, 00:02
Marneulidə "Məbəs" bayramı münasibətilə tədbir keçirildi (Foto)
Bu gün "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", "İmam Əli (ə) məscidi" və "İmam Hüseyn (ə) məscidi"nin birgə təşkilatçılığı ilə "Məbəs" (Peyğəmbərimizin (s) peyğəmbərliyə çatdığı gün) bayramı münasibəti ilə Marneuli şəhərində yerləşən "GÜL BAHAR" şadlıq sarayında tədbir təşkil olundu.

Ahlibeyt.ge xəbər verir ki, tədbiri açıq elan edən Hacı Hacıyev gələn qonaqları salamladı və Qurani-Kərimdən bir neçə ayə tilavət etmək üçün Rza Cəfəriyi dəvət etdi.

Sonra Al-Mustafa (s) Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Həsən Yusifzadə çıxış edərək bayram münasibəti ilə təbrik etdi və "Məbəs" bayramının fəzilətinə toxundu.

Sonra isə tədbirin əsas qonağı olan Ayətullah Sistaninin Birosuna Bağlı Türkiyə "Alulbeyt" təşkilatının nümayəndəsi, ilahiyyatçı, araşdırmaçı və yazar, dəyərli ustad Mehdi Aksu öz çıxışında Peyğəbərə (s) Allah tərəfindən verilən peyğəmbərlik məsuliyyətindən, və O həzrətin Aləmlərə rəhmət olaraq gəldiyindən və insanlarla gözəl rəftarından danışdı.

Şiriniyyat süfrəsi ətrafında baş tutan tədbirdə Əhli-beyt (ə) məddahı Said Həsən Peyğəmbərin (s) şəninə gözəl surudlar səsləndirdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930