Peyğəmbərin (s) səhabəsinin ziyarətgahında Ərbəin mərasimi (Foto)
Mьəllif: Admin
Tarix: 26-09-2021, 19:37
Peyğəmbərin (s) səhabəsinin ziyarətgahında Ərbəin mərasimi (Foto)
"Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin birgə təşkilatçılığı ilə Peyğəmbərin (s), İmam Əlinin (ə) və İmam Həsənin (ə) xüsusi yavər və sahəbələrindən olan, eyni zamanda bütün Qafqazda İslam dininin xüsusi ilə Əhli-beyt (ə) məktəbinin yayılıb formalaşmasında böyük rolu olan Həzrət Qeys İbn Səd İbni Ubadənin (r.ə) ziyarətgahında bu gün İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin Ərbəin (qırx) mərasimi keçirildi.

Ahlibeyt.ge xəbər verir ki, Əhli-beyt (ə) məddahı Anar Cəfəri aparıcılıq edərək Qurandan bir neçə ayə tilavət etdi.

Çıxış edən Elçin Daşdanoğlu Həzrəti Qeysin (r.ə) həyatından qısa məlumat verdikdən sonra İmamın (ə) Ərbəini haqqında müəyyən mühüm nöqtələrə toxundu.

Sonra çıxış edən İmamcümə Hacı Əziz Nəbiyev Əhli-beyt (ə) yolunda verilən ehsanların faydalarından və insanların nəzirlərinin qəbul olmasından danışdı.

Məclis Mərsiyyələr, dua oxunması və ehsan süfrəsi ilə yekunlaşdı.

Qeyd edək ki: 2015-ci ildə İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin Ərbəin (qırx) mərasimi Həzrət Qeys İbni Səd İbni Ubadənin (r.ə) ziyarətgahında keçirildi və həmin mərasimdə qərar qəbul olundu ki, hər il Ərbəin mərasimi bu müqəddəs məkanda qeyd edilsin və ənənəyə sadiq qalaraq bu ildə qeyd olundu.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031