İmamcümə Aşura günü ilə bağlı yayılmış xurafatlara aydınlıq gətirdi
Mьəllif: Admin
Tarix: 8-08-2022, 09:50
İmamcümə Aşura günü ilə bağlı yayılmış xurafatlara aydınlıq gətirdi
"Aşura günü İmam Hüseynin (ə) və onun pak səhabələrinin Yezid əsgərləri tərəfindən şəhadətə yetirildiyi gündür.

Yezid törətdiyi cinayəti ört-basdır etmək və Aşura hadisəsini unutdurmaq üçün bir saxta hədislər düzəldərək müsəlman kütlənin arasında yaydı.

Guya Adəm Peyğəmbərin (ə) tövbəsinin qəbul olunduğu günüdür, guya Yusif Peyğəmbərin (ə) quyudan çıxarıldığı günüdür, guya Yunis Peyğəmbərin (ə) balığın qarnından azad olduğu gündür, guya Nuh Peyğəmbərin (ə) tufanının yatdığı gündür..."

Bu sözləri Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, Marneuli imamcümələrindən biri Hacı Rasim Məmmədov Aktual.ge xəbər portalına müsahibəsində Məhərrəm ayının 10-cu - Aşura gününü dəyərləndirərkən söyləyib.

İmamcümə, Aşura günü ilə bağlı yayılmış bir sıra xurafatlara aydınlıq gətirib.

"Yezid müsəlman kütləni aldadıb guya xaricilərlə (dindən xaric olmuşların -red.) döyüşə gətirmişdi, lakin həqiqətdə Peyğəmbər (s) nəvəsi və pak Əhli-beytdən (ə) olan İmam Hüseyn (ə) ilə vuruşurdu.

Aşuradan sonra İmam Zeynələbdin (ə) və xanım Zeynəbin (s) çıxışlarından sonra Yezid hakimiyyəti əleyhinə camaatda bir oyanış yarandı və bir neçə inqilablar başladı.

Yezid Kərbəlada törətdiyi cinayətləri unutturmaq üçün qeyd etdiyimiz saxta hədisləri camaat arasında yaymaq qərarına gəldi.

Misal üçün Aşura günü "aşuri" və digər şirniyyat növlərini bayram məqsədi ilə paylayaraq və eləcə də, bu günü bayram kimi qeyd etmək əməvilərin (Yezid və onun sülaləsi) bir mədəniyyətidir"

H.Rasim Aşura günü ilə bağlı yayılmış Xurafatlara Türkiyə Diyanət Vəqfinin dərc etdiyi ensklopediya ilə də izah verib:

"Bu cür matəm şiə inancının yaşanmasında və məzhəbin bütövlüyünün təmin edilməsində mühüm rol oynadı.

Şiələrin Aşuranı matəm günü elan etməsinə baxmayaraq, Əməvilər həmin günü ziyafət kimi qəbul edərək, insanları Kərbəla faciəsini unutdurmaq üçün bir vasitə hesab etdilər.

Fatimilər Dövləti dağıldıqdan sonra da bu mövzuda yeniliklər gətirərək şənliklər təşkil edildi, şirin yeməklər bişirildi və müxtəlif hədislər uyduruldu (Diyanet İşler Başkanlığı İslam Ansiklopedisi 4.cilt Sayfa 26) ".

O, əlavə edib ki, təəssüf olsun ki, bu gündə Yezid təfəkkürünün davamçıların İmam Hüseyn (ə) Kərbəla qiyamına kölgə salmaq üçün müxtəlif şaiyələr uyduraraq müsəlman ümmətini, millətçiliyə və məzhəbçiliyə sürükləyirlər:

"Bilmək lazımdır ki, miladi 646-cı ildə İslam qoşunları Gürcüstana gəldikdə Peyğəmbər (ə) səhabəsi və İslam qoşunlarının sərkərdəsi olan Salman İbn Rəbieyi Bahili Hz. Məhəmməd Peyğəmbər (s) İmam Hüseynin (ə) gələcəkdə azğın bir tayfanın əli ilə şəhadətə yetiriləcəyi xəbərini müsəlman əsgərlərə danışaraq ağladı və əsgərlərdə onunla birlikdə göz yaşı tökdülər.

Beləliklə qeyd etmək istəyirəm ki, Gürcüstan müsəlmanlarının keçmişi və bu günü Əhli-beyt (ə) məhəbbəti ilə yoğrulubdur.

İmam Sadiqin (ə), İmam Kazimin (ə) və İmam Rzanın (ə) yüzlərlə "Tiflisi" ləqəbli tələbələrinin olması sözümüzün növbəti sübutudur"


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930