“Qədir-Xum” bayramının fəziləti
Mьəllif: Admin
Tarix: 18-07-2022, 09:03
“Qədir-Xum” bayramının  fəziləti
بسم‌اللّه‌الرّحمن‌الرّحيم‌

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ


“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmisən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.” (Maidə-67)

“Qədir-Xum” bayramının fəziləti haqda İmam Rzanın (ə) səhabələrindən Əbu Nəsr Bəzənti deyir: Camaat imam Rzanın (ə) ətrafına toplaşmışdılar, söz Qədir-xumdan düşdü. Bəziləri Qədir-xum hadisəsini inkar etdilər.

İmam Rza (ə) buyurdu: “Qədir-Xum günü səma əhlinin içərisində, yer əhlinin içərisindən daha məhşurdur”.

Allah həmin gün mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar.

Allah Ramazan ayında, Qədr gecəsində və Fitr bayramı gecəsində Cəhənnəm odundan azad etdiklərinin iki bərabərini azad edər.

Əgər insanlar həmin günün fəzilətinin həqiqətini olduğu kimi anlaya bilsəydilər, mələklərinhər gün gəlib onlarla əllə görüşməsinin şahidi olardılar.

Əllameyi Əmini “Əl-Ğədir” kitabında əhli sünnə qardaşlarımızınən mötəbər kitabından dəlil gətirir, (Buxari, Muslim, Termizi, Nisai) Yazır bir gün yəhudilər 2-ci xəlifənin yanına gəlib dedilər: Sizin Quranınızda bir ayə var, o bizim diqqətimizi çox çəkib (Maidə 3).

Orda Allah buyurur: “ Mən bu günü sizin dininizi kamiləşdirdim.....” bu ayə biz yəhudilərə nazil olsaydı, biz o günü bütövlükdə bayram edərdik. Həmin məclisdə heç kəs o yəhudiyə etiraz edə bilmədi.

Hədisdə var ki, bu ayə Qiyamət günü Allah yanında dəlil olacaq bəzi bəhanə gətirən insanlara qarşı.

Məsum buyurur: “Kim Qədir-Xum gününü əziz tutarsa, əgər böyük günahlar etməzsə, gələn Qədir-Xum gününə qədər ölərsə şəhid hökmündə olübdür”.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyrulur: “Qədir-Xum günü bir möminə yemək vermək, bütün peyğəmbərlərə və siddiqlərə yemək vermək qədər savabı var (başqa bir hədisdə bir milyon peyğəmbər də deyilib)”.

Cümə günü Qədir-Xum gününə təsadüf etmişdi, həzrət Əli (ə) Cümə xütbəsindən sonra hamını imam Həsənin (ə) evinə dəvət etdi, hamıya yemək verdi və camaat evinə gedəndə hər birinə hədiyyə verdi.

Hədis: “Kim “Qədir-xum” günü Allah yolunda bir dirhəm xərcləyərsə, sanki başqa gün 200 min dirhəm xərcləyib”.

Bu sadaladığım hədisdə Qədir-Xum bayramının fəziləti haqqında söylənən hədislərin bir hissəsidir.

Ola bilsin zehinlərdə belə bir sual yaranar ki, İnsanları heyrətə salan bir belə fəzilət nəyə görədir, bunun bir çox cavabları vardır.

1. O cümlədən qeyd etmək lazımdır ki, əvvəldə oxuduğum ayədə (maidə-67)

Allah-taala vilayəti elan etməyi Peyğəmbərin (s) 23 illik risalətinə bərabər görüb.

“...Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmisən...”

Qeyd: Ümumiyyətlə bilməliyiki tohidin təccalası və görünən üzü vilayətdir.

Allahın yer üzündə hakimiyyətinin bərpası və ilahi hökümlərin icrası vilayətə bağlıdır. Vilayətdən uzaq düşmüş xalıqlardan qorxunc və mürtəci qruplaşmalar düzəldiblər.

Bu gün islam dünyasında həmin insanların əli ilə günahsız qanlar axıdırlar. Təssüflər olsun ki, bu cinayyətlərin hamsı islam adına görülür. Bunların hamısı Əhli-beytin (ə) vilayətindən uzaq düşməyin acı nəticələridir.

Bir sözlə bilmək lazımdır ki, Əhli-beytin (ə) vilayəti bəşəriyyətin xüsusəndə islam ümmətnin əmin-amanlığının zəmanətidir.

الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا ٌ

2. “...Bu gün kafirlər (sizi) di-ninizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (Maidə-3)

Bu gün nə günüdür ki, belə Allah-Taala 4 böyük hadisədən danışır:

1) Bu gün kafirlər sizin dinizdən məyus oldular.

2) Bu gün sizin dininizi kamilləşdirdim.

3) Sizə olan nemətimi tamamladım.

4) İslamı sizə din olaraq razı oldum.

Siz başqa ayələrdə bunları görə bilərsiniz: “Kafirlər sizin dininizdən məyus oldular.”

-Nə baş verdi ki, onlar məyus oldular?

Çox böyük bir sualdır!

Bu ayənin əvvəli axırı var. Donuz ətinin, meyitin, qanın ... haram olmasından danışır. Bu üç-beş şəriət hökmlərinin bəyan etməklə kafirlər məyus olmazdı ki...

Həm də ki, bu hökümlər daha çox öncələr başqa surələrdə bəyan edilmişdir. (Ənam, Nəhl və Bəqərə surələrində).

Onları məyus edən, o zaman və indi də, onların qorxduğu hadisə baş verdi. O gün islamın vilayət və xilafət məsələsi bəyan oldu.

Kafirlərin ümidi bu idi ki, Peyğəmbər (s) dünyasını dəyişəndən sonra “Biz islamı məhv edəcəyik”. ( Tur-30)

Məsələ tək şəxsən həzrət Əlinin (ə) vilayəti deyildi. Onlar ki, Əlinin (ə) imamətini qəbul etmirdilər çünki, Əlini (ə) tanıyırdılar.

Bilirdilər ki, o həzrət əsl İslamı tətbiq edəcək. Onların marağını təmin etməyəcək.

Bir dəfə Peyğəmbərə (s) xums gətirmişdilər, O həzrət (s) də yox idi. Səhabələr gətirilən xums ya zəkatı hamısını öz aralarında böldülər. Əli (ə) gəlib, bir-bir hamısının əlindən geri aldı.

Buyurdu: -Peyğəmbər (s) göstəriş vermədən nə haqqınız var ki, beytulmalı bölürsüz?

Səhabələr narahat olub Peyğəmbərə (s) şikayət etdilər.

Peyğəmbər (s) buyurdu: “Əli (ə) öz işlərində çox yumşaq və mülayimdir, amma Allah (və din) işlərində çox möhkəm və sərtdir”.

Onlar bilirdilər ki, Əli (ə) hər kəsə haqqi qədər verəcək, o həzrətin şücaətinə, elminə, mərifətinə və paklığına bələd idilər.

Ona görə də həm kafirlər, həm də islah olunmamış bəzi səhabələr məyus oldular.

Peyğəmbərdən (s) sonra istədilər Quranın vav hərfini dəyişsinlər, dərhal Əli (ə) qılınca əl atdı və onları bu səhv işlərindən çəkindirdi.

Haqqı qəsb olundu dinmədi, Zəhra (s.ə) şəhid oldu dinmədi ..... Çünki, o həzrətin səbri İslama görə idi.

Düzdü onlar Əlinin (ə) zahiri xilafətdən uzaqlaşdırmışdılar, lakin yaxşı bilirdilər ki, o evdə də otursa İslamın keşiyində dayanıb.

Ona görə də əvvəldə dediyimiz böyük hadisələr bu gün, yəni “Qədir-Xum” günü baş verdi. 124 min Peyğəmbər (s) hədəflərinə çatdı.

İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031