Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Mьəllif: admin1
Tarix: 24-02-2021, 22:40
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Bu gün Marneulinin Ağaməmmədli kəndində yerləşən İmam Rza (ə) adına məscidinin tədbir zalında Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi, ilk iman gətirən və iman gətirənlərin əmiri, Hz.İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim qeyd olunub.

Ahlibeyt.ge xəbər verir ki, mərasimdə elm, din və ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan dindarlar və yerli müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı məscidin axundu olan Hacı Çingiz Əliyev qonaqları təbrik edərək salamlayıb.

Quran tilavətindən sonra çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O çıxışı zamanı təbrikdən sonra bu günlərə təsadüf edən əsrin faciəsi olan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı çatdırıb, faciə qurbanları haqqında danışıb və şəhidləri rəhmət və dua ilə anıbdır.

Sonra Hz. Əlinin (ə) fəzilətləri və yüksək insani keyfiyyətlərinin müsəlmanlar üçün nümunə olması haqqında ətraflı məlumat verib. Əhli-beyt (ə) qarşısında müsəlmanların üzərinə düşən məsuliyyət barədə danışıb.

Sonra kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov İmam Əlinin (ə) bir səhabə və saleh şəxsiyyət olaraq məqam və fəzilətləri haqqında danışıb. Müsəlmanların belə dahi şəxsiyyətləri örnək götürmənin önəmini bildirib.

Sonra isə çıxış üçün söz Türkiyənin Diyanət İşləri Başkanlığının ölkəmizdəki nümayəndəsi Hacı Ahmet Erdemə, Gürcüstanın dəyərli ruhanilərindən olan Kərbəlayi Elçin Daşdanova, Yazıçı, publisist Əli Abbas müəllimə verilib.

Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin birgə təşkil etdiyi mərasim Əhli-beyt (ə) məddahı Said Həsən və yerli möminlərdən olan Turqut Məmmədovun ifasında ilahi nəğmələr, qəsidə və qəzəllər oxunmaqla sona çatıb.


Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Marneulidə İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930