Peyğəmbərin (s) səhabəsi Hz.Qeysin (r.ə) ziyarətgahında Ərbəin mərasimi... (Foto)
Mьəllif: admin1
Tarix: 7-10-2020, 18:06
Peyğəmbərin (s) səhabəsi Hz.Qeysin (r.ə) ziyarətgahında Ərbəin mərasimi... (Foto)
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə)" Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Peyğəmbərin (s), İmam Əlinin (ə) və İmam Həsənin (ə) xüsusi yavər və sahəbələrindən olan, eyni zamanda bütün Qafqazda İslam dininin xüsusi ilə Əhli-beyt (ə) məktəbinin yayılıb formalaşmasında böyük rolu olan Həzrəti Qeys İbn Səd İbni Ubadənin (r.ə) ziyarətgahında bu gün İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin Ərbəin (qırx) mərasimi keçirildi.

Mərasimdə ilk çıxış edən Elçin Daşdanoğlu Azərbaycanın Qarabağ uğrunda döyüşən əgərlərə və şəhid olanlara dualar etdi və Allahdan tez bir zamanda bütöv Qarabağ torpaqlarının azad olmasını istədi.

Mərasimin əsas xətibi İmamcümə Hacı Hacıyev Həzrəti Qeysin (r.ə) həyatından qısa məlumat verdikdən sonra Əhli-beytin (ə) məhəbbətindən və həmin məhəbbətin faydalarından danışdı. Həmçinin mərsiyyələr oxudu.

Əhli-beyt (ə) məddahları Anar Cəfəri Qurandan bir neçə ayə tilavət etdi. Həmçinin Rza Cəfəri və Said Həsən mərsiyyələr oxudular.

Məclis dua və ehsan süfrəsi ilə yekunlaşdı.

Qeyd edək ki: 2015-ci ildə İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin Ərbəin (qırx) mərasimi Həzrəti Qeys İbni Səd İbni Ubadənin (r.ə.) ziyarətgahında keçirildi və həmin mərasimdə qərar qəbul olundu ki, hər il Ərbəin mərasimi bu müqəddəs məkanda qeyd edilsin və ənənəyə sadiq qalaraq bu ildə qeyd olundu.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031