İmam Həsən (ə) sülhü niyə qəbul etdi?
Mьəllif: admin1
Tarix: 26-03-2024, 11:24
İmam Həsən (ə) sülhü niyə qəbul etdi?
Xaricilərin əməlləri və dostlarının xəyanəti həzrət Həsəni (ə) Müaviyə ilə sülh etmək məcburiyyətində qoymuşdu. Amma İmamın onunla sülh etməsi bu demək deyildi ki, Müaviyəyə tabe olub onun zülmkarlığını qəbul etmişdi.

Bu yalnız Müaviyə ilə atəşi dayandırmağa dair müqavilə bağlamaq mə᾽nasında idi. Çünki əgər Müaviyə müharibədə qələbə çalsaydı, İslamın bütün hədəfləri məhv olub aradan gedəcəkdi.

Bundan əlavə Rum imperatoru İslam ölkəsinə həmlə etmək fikrindəydi və bu ixtilaf onun üçün böyük bir fürsət idi.

Dərd və həsrətdə qovrulan İmam Həsən (ə) qəm və kədərlə ilə vəfasız əshabına qarşı belə buyurdu: "Bilirəm ki, siz mənə hiylə və kələk qurubsunuz. Həyasız və dinsiz bir dəstə məni tamamilə Müaviyəyə təslim etdi. Vay olsun sizin halınıza! Allaha and olsun ki, Müaviyə verdiyi sözlərə vəfa etməyəcəkdir.

Mən sizin üçün haqq dini bərpa etmək istəyirdim, amma siz mənə yardım etmədiniz. Mənə qarşı çıxıb xəyanət etdiniz. Sizin bu əməlləriniz məni müqaviləni imzalamağa məcbur etdi.

Allaha and olsun ki, əgər köməyim olsaydı, bu işi Müaviyəyə həvalə etməzdim. Çünki mən xəlifəliyi Bəni Üməyyə üçün haram bilirəm. Bu yaxınlarda Müaviyənin rəftarlarının acı nəticəsini dadacaqsınız".

İmam saziş etmək məcburiyyətində qaldığına görə Müaviyəyə belə bir məktub yazdı: "Mən haqqı yaşadıb batili məhv etmək niyyətimdə idim. Allahın kitabı və Peyğəmbərin sünnəsini xalqa hakim etmək istəyirdim. Amma xalq mənimlə eyni fikirdə olmadı və məcbur qaldığım üçün səninlə sülh edirəm.

Bu sülh üçün bir sıra şərtlər qoysam da, sənin onların heç birinə əməl etməyəcəyini çox gözəl bilirəm. Amma çox keçməyəcək ki, bunun sənin üçün heç bir faydası olmayacaq və öz işindən peşman olacaqsan."

Sonra əmioğlusu Әmr ibni Harisi müzakirə edib İmamın şərtlərini bəyan etdikdən sonra sülh müqaviləsini imzalamağa göndərdi. Həmin müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi:

1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq;

2. Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər;

3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək;

4. İmamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar;

5. İmam (ə) Müaviyəni «əmirəl-mö᾽minin» olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək;

6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.

MÜAVİYӘNİN MÜQAVİLӘNİ POZMASI

Müqavilənin imzalanmasından sonra Kufə Müaviyənin diqqət mərkəzinə çevrildi. O, bir cümə günü Nüxəylədə cümə namazı əsnasında belə dedi: Ey camaat! Mən sizin namaz qılmağınız, ya da oruc tutmağınız üçün müharibə etmədim. Sizlər istəməsəniz belə, sizin hökmdarınız olmaq üçün müharibə etdim. Mən, Həsən ibni Әli ilə imzaladığım müqavilənin maddələrini ayağım altına qoyub əzirəm.

Lakin Müaviyənin bir sıra rəftarları onun, İmamın nüfuzundan çox qorxduğunu aydın göstərirdi. Buna görə də müqavilənin bə᾽zi maddələrini həyata keçirmək məcburiyyətində qaldı.

Misal üçün Kufənin valisi Ziyad İmamın əshabından birisini tutdurmaq istəyəndə, İmam (ə) əhvalatı Müaviyəyə yazdı. Müaviyə də dərhal Ziyadı bu işi üçün məzəmmət edib danladı.

Nəhayət Müaviyə özündən sonra oğlu Yezidi xəlifə təyin etmək qərarına gəldi. Amma həzrət Həsən əleyhissalam ilə imzaladığı müqavilə ona mane olurdu. Buna görə də xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədi ilə İmamı zəhərlətmək istəyirdi.

Bu məqsəd istiqamətində də İmamın arvadı Cüdəni aldadaraq ona bir qabda zəhər göndərdi və və᾽d etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib oğlu Yezidə arvad edəcək.

XAİN ӘL İMAMIN QABINA ZӘHӘR TÖKDÜ

Şeytani vəsvəsələr, pul və şöhrət İmamın arvadının gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib Müaviyənin bu murdar təklifini qəbul etsin. İmam Həsən (ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi.

Ona "indi ki, belədir onu boşa və evindən qov" demişdilər, amma o həzrət (ə) belə buyurmuşdu: "O, hələlik bir günah etməyib, buna görə də əgər onu qovsam, yaxşı iş görməmiş olaram. Çünki o, bu işi bəhanə edərək «məni günahsız olduğum halda evdən qovdu" - deyəcək və bununla da xəyanətini gizlədib öz gördüyü işin doğru olduğunu iddia edəcək.

Bunu bilin ki, Müaviyə öz xəyanətli əməllərindən əl çəkməyəcək və mən arvadımı boşasam da, məndən əl götürməyib özünü məzlum göstərərək planını həyata keçirməyə cəhd göstərəcəkdir".

Nəhayət Cüdə hicri 50-ci ilin Səfər ayının 28-də, havanın çox isti və İmamın oruc olduğu bir gündə, onun süd içdiyi qaba zəhər töküb, iftar üçün hüzuruna gətirdi.

İmam (ə) zəhərli süddən bir az içdikdən sonra arvadına tərəf dönüb buyurdu: "Ey Allahın və Peyğəmbərin düşməni, məni öldürdün, Allah səni öldürsün. Allaha and olsun ki, sən və Müaviyə zəlil olacaqsınız." O həzrətin dediyi kimi də oldu. Çox keçmədən Cüdə Müaviyənin sarayından qovulub öldü. Müaviyə də ağır bir xəstəliyə tutulub öldü.

Həzrət İmam Həsən (ə) vəfat etdikdən sonra Mədinədəki Bəqi qəbristanlığında torpağa tapşırıldı. Allahın və Peyğəmbərin salam və rəhməti onun pak və təmiz ruhuna olsun.

İmamcümə Hacı Rasim Məmmədov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930