Müsəlman din xadimlərinin Baş nazirə müraciəti
Mьəllif: admin1
Tarix: 15-04-2020, 16:53
Müsəlman din xadimlərinin Baş nazirə müraciəti
Bismillahir-Rəhmanir-Rəhim

Gürcüstanın Baş naziri Giorgi Qaxariya cənablarına Kvemo Kartli bölgəsinin müsəlman din xadimləri tərəfindən

Açıq məktub

Cənab Baş nazir!
İnsanın mütləq kamil əzəli həqiqət olan Yaradanı və dünyanı dərk etmək istəyindən yaranmış dünyagörüşü formasının, başqa sözlə, əsl kamillik nümunəsi olan dinin daşıyıcıları – din xadimləri olaraq həmişə hökumətimizin, dövlətimizin, qardaş Gürcü Pravoslav Kilsəsi başda olmaqla ölkəmizdəki digər mövcud konfessiyalarnın yanında yer tutmuşuq. Dinlərin, ümumiyyətlə, bütün vətəndaşlarımızın dinc yanaşı, qardaşcasına, dini dözümlülük şəraitində yaşamasının qeydinə qalmışıq.

Cənab Baş nazir!
Bölgənin ciddi karantin zonası və fövqəladə vəziyyət elan olunmasından sonra doğrudur, ola bilsin ki, virusun yayılmasının müəyyən qədər qarşısını aldı. Lakin bununla yanaşı bölgə əhalisi üçün bir çox problemlər də yaratdı.

Kənd təsərrüfatı sahəsində və maldarlıqda bizim Marneuli və Bolnisi bölgələrinin birincilər sırasında olduğunu bilirsiniz. Əlbəttə, hər iki munisipalitetdə karantin rejimi ilə bağlı bəzi lazımi addımlar atılmışdır. Lakin bunlar tam olaraq yetərli deyildir.

Belə ki, hazırkı şəraitdə ölkəmiz üçün vacib olan kənd təsərrüfatı məhsulları hasilatında, onun bazara çıxarılıb dövriyyəyə buraxılmasında, sakinlərin məhsulu ünvanına problemsiz çatdırması yönündə xeyli çətinliklər yaranmışdır. Üstəlik də məhsul bazara çıxarılmadığına görə yerli sakinlər öz günlük təlabatını təmin etməkdə çətinliklər çəkir. Günəmuzd işçilərin işə çıxa bilməməsidə ayrıca bir problemdir.

Bunlar azmış kimi, cərimə öncəsi xəbərdarlıq etmədən, çətinlikdə olan sakinlərə yüksək məbləğdə cərimələr yazılır.

Yeri gəlmişkən bildiririk ki, Marneulidəki aqrar bazarın bağlanılması, bölgədə bir çox insanların iş yerini itirməsinə və həmçinin süni bahalaşmaya səbəb oldu. Belə ki, bölgədə bazarın bağlı qalması, kənd təsərüfat işləri ilə məşğul olan insanların, öz məhsullarını kənara çıxarda bilmədiyinə görə, kənardan gələn alıcı şirkətlər, yaranmış vəziyyətdən sui-istifadə edərək məhsulu dəyərindən aşağı qiymətə alırlar. Bu da xeyli qayğılar və narahatlıqlar yaradır.

Hesab edirik ki, bu qayğılar o zaman azalıb minimuma enəcək ki, məhsul sahiblərinin öz məhsullarını bazara çıxara bilmə imkanları saxlansın və işini itirmiş günəmuzd çalışan vətandaşlar öz məşğulluq sahəsinə qayıtsınlar.

Cənab Baş nazir!

Şübhəsiz, bu məsələlərə müdaxilə və yardım edəcəyinizə ümidvarıq. İnanırıq ki, müraciətimizi diqqət mərkəzində saxlayacaq və müvafiq qərarlar verəcəksiniz.

Allah-taala İnşallah dünyadan və ölkəmizdən bu bəlanı tezliklə uzaqlaşdırsın. Amin!

Hörmətlə:
Kvemo Kartli regionunun müsəlman din xadimləri

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031