Fəsad törətmə! Millətdən uzaq millət vəkili
Mьəllif: admin1
Tarix: 23-04-2019, 23:18
Fəsad törətmə! Millətdən uzaq millət vəkili
21 aprel 2019-cu il tarixində “Moderator. az” saytında Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın “Bu millət erməniyə necə qalib gələ bilər?” adlı həqiqətdən uzaq məqaləsi dərc edilib.

İlk baxışda həqiqətdən uzaq yazıya cavab vermək, münasibət bildirmək düzgün sayılmasa da müəllifin bəzi cümlələrinə aydınlıq gətirməyə, zülmətdən gün işığına çıxarmağa qərar verdik.

Çünki həqiqi İmam Mehdini (ə.f.) yalanşı, maskalanmış mehdilərdən, dolayısı ilə Fazil Mustafa kimi dəccallardan ayıra bilmək üçün həmişə aydınlıqlara ehtiyac var.

Belə ki, dinimizdə Qiyamət gününə, İmam Mehdinin (ə.f) zühuruna yaxın uzunqulağa minib “zühur” edərək insanları dindən uzaqlaşdıracaq Dəccal haqqında məlumatlar var və bizim borcumuz da hələ Qiyamət gəlməmiş, Fazil Mustafa kimi dəccallıq “eşq”inə düşənlərə yerlərini göstərməkdir.

Fazil Mustafa bizi “ermənilərdən geridə qalan” “cəhalət qruplaşması” hesab edir. Beləliklə, Azərbaycanda fitnələri ictimaiyyət tərəfindən yüksək səviyyədə susdurulan Fazil Mustafa bu dəfə də Gürcüstandakı Əhli-beyt (ə) dostlarına dil uzadır.

Marneuli şəhərində İmam Mehdinin (ə) mübarək mövlud gününü qeyd edən din bacı-qardaşlarımıza aid şəkil paylaşaraq kinayə ilə “hətta keşişlər də azərbaycanlılarla birgə sinə döyürlər” deyir.

Belə çıxır ki, bu gün bizim gürcü qardaşlarımızla möhkəm sülh, qiymətli birgəyaşayış, dini tolerantlıq şəraitində yaşamağımıza paxıllıq edir və fərqində deyil ki, bununla məlum düşmən dəyirmanına... benzin tökür.

Gürcüstanda bayram keçirən möminlərə “Bu millət erməniyə necə qalib gələ bilər?” sualının bu millətlə, bu məclislə nə əlaqəsi və yaxud nə anlama gəlir?

Burada yaşayan azərbaycanlıların Qarabağdakı şəhidlərini eşitməyənlər kor və kar deyilmi?

Əminik ki, Fazil Mustafanın uydurmaları nə Azərbaycan dövlətinin mövqeyidi, nə də Gürcüstan dövlətinin buradakı azərbaycanlılara olan baxışıdır.

Ayrıca bunu da deyək ki, Fazil Mustafaya “intelektual” görünməyən bu məktəbin övladları, nümunə olaraq, Seyid Mübariz İbrahimov, həmçinin digər qəhrəman və şəhidlərin böyük hissəsi məhz Məhərrəmlik və Əhli-beyt (ə) məclislərində böyümüş şəxslərdir.

Ağ yalanları ilə cəmiyyətdən utanmayan, heç olmasa, soyadının “Mustafa” hissəsindən utanaydı! Yoxsa elə bilir, millət onun Pensilvaniyaya bağlılığından bixəbərdir?

Fazil Mustafa!

Cahiliyyət meyitlərinə qoşularaq bixəbər ölməyin.

Sizə: “Yer üzündə fəsad törətməyin” deyildikdə, siz: “Biz yalnız islah edənlərik” deyirsiniz.

...Və “Qurani-kərim”dən Sizə də birbaşa aid olan bir buyuruqla son verməyi vacib bilirik: “Onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər (“Bəqərə”, ayə 11-12).

Təəssüflərlə: “Ahlibeyt.ge”

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031