Abdallı kəndində xanımlar Əza saxladılar (Foto)
Mьəllif: admin1
Tarix: 8-02-2019, 19:49
Abdallı kəndində xanımlar Əza saxladılar (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin və Kərbəlayi Fəridin birgə təşkilatçılığı ilə Bolnisi rayonu Abdallı kəndində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi keçirildi.

Məclis Quran müəlliməsi olan Kərbəlayi Hafizə xanımın Quran tilavəti ilə açıq elan olundu.

Məclisdə çıxış edən Kərbəlayi Rəna Elçiyeva hz. Fatimənin (s.ə) həyatından, şəhadətindən və qadınlara nümunə olmasından danışıb.

Müsəlman xanımların iştirakı ilə keçirilən Əza məclisi Kərbəlayi Hafizə xanımın səsləndirdiyi rozə və mərsiyyələrlə davam etdi.

Məclis dualar və ehsan süfrəsi ilə yekunlaşdı.


Abdallı kəndində xanımlar Əza saxladılar (Foto)
Abdallı kəndində xanımlar Əza saxladılar (Foto)
Abdallı kəndində xanımlar Əza saxladılar (Foto)
Abdallı kəndində xanımlar Əza saxladılar (Foto)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031