Gürcüstanda Hicab və Çadra ilə bağlı qanunlayihə təsdiqlənmədi
Mьəllif: admin1
Tarix: 26-12-2018, 10:38
Gürcüstanda Hicab və Çadra ilə bağlı qanunlayihə təsdiqlənmədi
Hicab və çadra ilə gəzməyin qadağan edilməsi ilə bağlı Emzar Kvitsianinin təqdim etdiyi qanunlayihə təsdiqlənməyib.

26 Dekabr tarixində Gürcüstan Parlamentin insan hüquqlarının qorunması komitəsinin iclasında dini örtünmə haqda qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə təklif irəli sürən “Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsianinin fikri müzakirə olunubdur.

Öncə parlamentə təklif verən millət vəkili Emzar Kvitsianinin fikri dinlənilib. O çıxışında bildirib ki, “İslam icmasının etirazını düzgün hesab edərək Hicab geyimindən əlavə Çadraya aid olan sözümü geri götürürəm. Bu fikrin yanlış olduğunu qəbul etdiyimdən artıq müzakirədən çıxarılmasını istəyirəm. Ancaq Niqab və Burka formasında ictimai yerlərdə istifadənin qadağan olunması və əməl etməyənlərin isə pulla cərimələnməsini təklif edirəm”.

Komitənin iclasında iştirak edən, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxış edib. O, bildirib ki, “Müsəlman xanımlarının örtünmələri dinlərindən və tərzlərin müxtəlifliyi isə fərqli düşüncə, seçim, və mədəniyyətdən irəli gəlir.

Çadra hicabın bir növü hesab olunur. Örtünmək də İslamın qanunu olduğu kimi digər dinlərdə də belədir. Çadraya bənzər geyim tərzinə elə xristian və yəhudi dinlərində də rast gəlinir.

Əgər bir xanım hesab edirsə ki, o, hicablı olmaq üçün çadrada gəzməlidir, bu onun seçim və hüququdur. Çadranın ümumiyyətlə müzakirədən çıxarılmasını müsbət qiymətləndirirəm.

Ancaq qaldı ki, Niqab və Burkaya deyə bilmərik İslamda qadınların Niqab geyməsi və Burkada olması qəti şərtdir. Qadın üçün vacib olan – hicab şərtlərinə cavab verən libas geyinməkdir. Deyə Hacı Ramin İgidov bildirib.

O, çıxışının davamında Niqab və Burka məsələsinədə toxunub: “Niqab və Burka haqda da qanun qəbul olunarkən diqqət olunmalıdır ki, insan hüquqlarına, din və inanc azadlığına qarşı olunmasın.

Bəzən Avropa dövlətlərində qəbul olunan qanunlar İslamafobiyadan xəbər verir. Biz təklif edirik ki, əgər təhlükəsizlik üçün ictimai yerlərdə qadağan olunacağı təqdirdə müsəlman qadın geyim növü kimi yox, maska və s. kimi bütün üz qapanmalar qadağan edililsin”.

Çıxışlardan sonra İclasda təklif olunan qanun layihəsi təsdiqlənməyib. Növbəti İclas 2019-cu ilin yanvar ayının 21-nə nəzərdə tutulub. O zamana qədər dini şura və dinlər komissiyası toplantı keçirib yekun fikirlərini bildirməlidirlər.

Xatırladaq ki, ictimai yerlərdə hicab və çadra ilə gəzmək 500 və 1500 lari məbləğində cəriməni nəzərdə tuturdu.(24news.ge)

Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Gürcüstanda çadra və niqaba qadağa təklfinə – ETİRAZI LİNKDƏ


http://www.ahlibeyt.ge/georgia/22734-gurcustan-ehli-beyt-e-cemiyyetinin-gurcustanda-cadra-ve-niqaba-qadaga-teklfine-etraz.html


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930