İranda baş vermiş terror ilə əlaqədar başsağlığı
Mьəllif: admin1
Tarix: 22-09-2018, 18:26
İranda baş vermiş terror ilə əlaqədar başsağlığı
Gürcüstan "Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" İran İslam Respubilkasının Əhvaz şəhərində keçirilən hərbi parad mərasimində baş vermiş terror hadisəsi ilə əlaqədar Ali Rəhbər Ayətullah Xamneiyə və İran xalqına dərin hüznlə başsağlığı verir, Mütəal Allahdan şəhid olanlara rəhmət deyir, yaralananlara və xəsarət alanlara şəfalar diləyir.

Xatırladaq ki, İran miqyasında Müqəddəs Müdafiə Həftəsi münasibətilə Əhvaz şəhərində keçirilən hərbi mərasimə silahlı hücum olub. 8 il davam edən İraq-İran müharibəsinin ildönümünün anıldığı mərasimlərə Əhvazda yaraqlılar hücum edib.

Gələn xəbərlərə görə, hərbi mundir geyinmiş təxminən 4 yaraqlı, mərasimin səhnə hissənin arxasından ətrafa atəş açıb. Hücum təxminən 10 dəqiqə çəkib. Törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930