Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Gürcüstanda çadra və niqaba qadağa təklfinə – ETİRAZI
Mьəllif: admin1
Tarix: 10-09-2018, 15:45
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Gürcüstanda çadra və niqaba qadağa təklfinə – ETİRAZI
Biz – “Əhli-beyt” (ə) cəmiyyəti olaraq, Gürcüstan Vətənpərvərlər Alyansı Partiyasının İnzibati Xətalar məcəlləsinə düzəlişləri ilə bağlı məlumatları oxuyub acı təəssüf hissləri keçirdik. Alyans təklif edir ki, “meydan, park və bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə çadra və niqab qadağan edilsin”.

Bu, islam qanunlarının təhrif olunması deməkdir və Gürcüstan Konstitusiyasında təsbit edilmiş din azadlığı məsələsi ilə üst-üstə düşmür (maddə 19, bənd 1).

Hicab bütün dövrlərdə müqəddəs dinimizdə vacib buyurulub. Həmçinin Qurani-Kərimdə də ilahi hökmün vacibliyi haqqında ayələr var (məsələn; “Nur” surəsi, ayə 31).

Yeri gəlmişkən, ölkəmizdə çoxluq təşkil edən Xristian Pravoslavlarda da örtünməkdə (çadıraya oxşar) mövcuddur və həmin geyim Pravoslavların inancının tərkib hissələrindəndir.

Partiya iddia edir ki, guya bu addımlar ölkənin təhlükəsizliyi, əmin-amanlığı naminə atılmalıdır. Amma bunun milli təhlükəsizlik məsələləri ilə qəti əlaqəsi yoxdur. Dünya təcrübəsi də göstərir ki, bu qəbil çıxışların altında müqəddəs dinimizə qarşı həmişə məkrli siyasət, kirli oyun piarı, qara qərəz dayanır. Buna görə də biz bu haqsız iddialara cavab verməli olduq.

Ölkəmizdə dini zəmində hüzur, sülhə bağlı ibadət mövcuddur. Tarix boyu da belə olubdur. Gürcüstanda islam tarixinin ilk illərindən ta günümüzə kimi ölkəmiz öz tolerantlığı, dini dözümlülüyü, başqa dinlərə, məzhəblərə və təriqətlərə qarşı göstərdiyi hörmət və qayğı ilə dünya ölkələri içərisində nümunəvi ölkə olaraq qeyd olunmaqdadır.

Qurucu Davidin və çariça Tamaranın dövrlərindəki xüsusi hörmət və mərifəti də üzdəniraq ideya müəlliflərinin diqqətinə çatdırmaq istərdik.

Partiyanı diqqət çəkdiyimiz mövzuda yenidən düşünməyə və fikirlərinə yenidən baxmağa dəvət edirik.

Hörmətlə: Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930