İmamcümə Hacı Rasim son günlər İmamcümələrə qarşı atılan böhtanları cavablandırır!
Mьəllif: admin1
Tarix: 27-06-2018, 17:29
İmamcümə Hacı Rasim son günlər İmamcümələrə qarşı atılan böhtanları cavablandırır!
Cənab Hacı Rasim Məmmədov son günlər Niyazi İsmailovun sizə qarşı yönəlik qərəzli yazılarına sizdən cavab almaq istərdik?

BİSMİLLƏHİR-RƏHMANİR-RƏHİM Biz həmişə islami vəhdəti, qardaşlığı, dünyada və Gürcüstanda olan həssas dini durumu nəzərə alaraq söylənilən bir çox əsassız sözləri cavablandırmamışıq. Lakin bir çox dostların təkidini nəzərə alaraq və eyni zamanda sizində suallarnızı bir qədər cavablandırmaq istərdik.

Hacı Rasim Məmmədov sizin Temur Abazovun məhkəməsində iştirak etməyinizi Niyazi İsmailov səhv bir addım kimi qeyd edib. Bununla bağlı fikirnizi almaq istərdik?

Bilirsinizmi onlar T.Abazovu ön yarğı edərək onu günahkar kimi qələmə verməyə çalışırlar. Son söylənilən böhtanlara gələndə isə deyə bilərəm ki, əvvəla, illərdən bəri Teymur müəllim mənim yaxın dostumdur və bu gün onun vəzifədə olduğu üçün deyil, dostumuz olduğu və zindanda olduğu üçün onun məhkəməsində iştirak etmişik, və hadisələri şayələr əsasında deyil canlı olaraq öyrənməyə çalışmışıq və bunun harası İslam şəriəti ilə ziddir?.

Guya Temur Abazova dövlət ədalətli cəzalar verib, halbuki Teymur Abazova qarşı irəli sürülən ittihamları o özü və digər şahidlər təkzib edir və qəbul etmirlər. hətta məhkəmənin cavabı bəlli olmadan Niyazi İsmailov öz yanından T.Abazovun digər şəxsin üzünə sidik tökdüyünü iddia edir, Məhkəmə isə bununla bağlı hələ araşdırma aparır və yekun qərar verilməyib. Bu da ikinci böhtanın olduğunu bir daha göz önünə sərir ki, məhkəmə hec bir qərar vermədiyi halda onlar ədalətli cəzanın verildiyini iddia edirlər.

Hacı sizə son sualımız isə budur, siz imamcümələrin Ramazan bayramında guya kimlərinsə tapşırığı ilə iştirak etmədiyinizi iddia edirlər, bu haqda cavabınızı bilmək istərdik?

Əvvəla qeyd edim ki, Niyazi kimlərin adından danışırsa onlar bu məsələni təkzib edir. Bunuda qeyd edim ki, biz əvvəldən də o məclisə dəvət alanda demişdik ki, vacib sənəd işlərimiz var və eyni zamanda müsafirimiz var, əgər imkan yaransa iştirak edəcəyik, necə ki, neçə illərdi bütün tədbirlərdə iştirak etmişik.

Lakin onlar bizim təşkil etdiyimiz bir çox tədbirlərdə iştirak etməyiblər və öz məntiqləri ilə danışsaq bu hal onların özü haqqında da sual doğrur. Bununla yanaşı həmin gün mən özüm o tədbirdə iştirak etməsəm də ailə üzvlərim orada iştirak ediblər.

Əgər mən hər hansı bir təhlükəyə görə iştirak etmirdimsə, o zaman mənim ailə üzvlərim, eləcə də sədri olduğum cəmiyyətin müəllim heyəti və digər həmkarları orada işdirak etməzdilər.

Allah şahiddir ki, biz bu günə kimi hansısa müəmmalı bir qurumlardan göstərişlər almamışıq və hec vaxtda buna yol vermərik.

Bir məsələnidə qeyd edim ki, guya Allahın dininə hər hansı bir qadağa qoyulub.

Ramazan bayramının keçirilməsi ilə bağlı hər hansı bir təhlükə olmadığı hər kəsə bəllidir. Rayon merini hazırda əvəz edən Zaur Tabatadzenin müğalitə (məntiqi dolandırma) yolu ilə verdiyi əsassız cavabı təhlükə doğura bilməzdi, buna baxmayaraq biz də meriyanın verdiyi bu qərarı pislədik və bu cür halın yolverilməz olduğunu qeyd etdik və araşdırdıq ki, həmin tədbirin keçirilməsində heç bir qanuni qadağa yoxdur.

Belə olan halda düşündük ki, məsələni ictimailəşdirməyə hec bir lüzum da yoxdur.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930