ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 18-09-2017, 00:18
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Almaniyanın Gelsenkirçen şəhərində "Qədir-xum və qardaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Gürcüstan, Azərbaycan, Türkiyə, İrak, və İrandan və eləcə də bir neçə Avropa ölkələrindən, Almaniyanın regionlarından din xadimləri və orda yaşayan müsəlmanlar iştirak edib.
İki hissədən ibarət konfransın rəsmi hissəsində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və ölkələrdən təmsil olunan din alimləri çıxış edərək "Qədir-xum" hadisəsinin mahiyyət, fəlsəfə, nəticə və önəmindən danışıblar. Dinimizin kamil olduğu hadisə ilə bağlı Quran ayələrini izah edib, hadisənin sırf bir tarixi hadisə olmadığını, bəlkə İslamın və bəşəriyyətin talehini həll edəcək önəmli missiya olduğunu vurğulayıblar.
Konfransda iştirak edən Gürcüstan "Alulbeyt" müəssisəsinin müdiri Hacı Faiq Nəbiyev iştirakçıları salamlayıb, dəvət və təşkil üçün təşkilatçı Almaniyada fəaliyyət göstərən İmam Əli (ə) adına islam mərkəzinin rəhbəri, İmam Cümə Hacı Məhəmməd Mücahidiyə təşəkkür etdi. Sonda Gürcüstan din xadimlərindən olan Ramil Qəhrəmanov İmam Əli (ə) haqda ilə yazdığı şeiri oxudu.
Çıxışlar arası Seyyid Taleh və Hacı Nemətinin ifasında isə qəsidə, mədhiyyə və ilahilər səsləndirildi.
5 saat davam edən konfransın sonunda “Qədir-xum“ və “Qardaşlıq“ duası oxundu, mükafatlar təqdim olundu. Qeyd edək ki, konfrans Cem TV, Hadi TV və Vehdet TV vasitəsilə canlı yayımlanırdı.


ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)
ALMANİYADA "QƏDİR-XUM VƏ QARDAŞLIQ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ (FOTO)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930