Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Mьəllif: admin1
Tarix: 13-09-2017, 23:22
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Gürcüstan inanclılarının təşkilatçılığı ilə bu gün 13.09.2017 Tarixində, Gürcüstanın Tiflis şəhərində Myanmarda baş verən cinayətlərə etiraz etmək üçün "Zülmə Stop" adlı aksiya baş tutdu. Aksiya Tiflis şəhərinin mərkəzində köhnə Parlament binasının qarşısında keçirildi. Aksiyada din xadimləri inanclı müsəlman və xristiyanlar həmçinin Baptist kilsəsinin baş yepiskopu Malxaz Soqulişvili iştirak edib.

İlk öncə Marneuli İmam Əli (ə) məscidinin axundu və imamcümə Hacı Hacıyev çıxış edərək, dünyada və xüsusən Arakanda baş vermiş zülmü kəskin və qətiyyətli şəkildə pislədi.

Növbəti çıxış edən Baptist kilsəsinin baş Yepiskopu Malxaz Sonqulişvili ilk öncə müsəlmanlara qarşı olan hörmət və məhəbbətini bəyan etdikdən sonra Myanmardakı qətliamın insanlıqdan kənar hərəkət olduğunu və qəti şəkildə hadisəni pislədiyini dilə gətirdi.

Daha sonra Marneuli İmam Əli (ə) məscidinin imamcümələrindən olan Hacı Rasim Məmmədov çıxış edərək öz növbəsində baş vermiş zülmlərin içtimayi fəsadlarından danışıb Arakan Müsəlmanlarına qarşı olunan cinayətlərin tezliklə dayandırılmasını tələb etdi.

Növbəti çıxışı din xadimi, doktor Fariz Rəcəbov etdi. O da öz növbəsində müsəlmanları və dünya içtimaiyyətini bu kimi cinayətlərdə ayıq olmağa və dünyada baş verən zülmlərə biganə qalmamağı çağırdı.

Sonda isə Seyyid Mirtağı Musəvi Əsədov aksiyanın bəyanatını oxudu və aksiya iştirakçıları şüarlar səsləndirərək Myanmar hadisələrinə qarşı etirazlarını bildirdilər.



Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)
Bu gün "Zülmə Stop" adlı aksiya baş tutdu (Foto-Video)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930