GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)
Mьəllif: admin1
Tarix: 24-06-2017, 10:14

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)

 Ahlibeyt.ge xəbər verir ki, baş nazir Giorgi Kvirikaşvili müsəlmanlarla iftar süfrəsi ətrafında bir araya gəldi.

Məclis iştirakşılarını və ölkə müsəlmanlarını mübarək Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edən hökümət başçısı bu müqəddəs ayın Tanrıya qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərliklə tanınan bir ay olduğunu qeyd etdi. O çıxışı zamanı vurğuladı ki, ölkə vətəndaşları fərqli inanc, din və millətə mənsub olmalarına baxmayaraq birgə güc şəkilində ortaq sərvətimiz olan ölkəmizin inkişafında xidmətlər göstərib və göstərirlər... Son hakimiyyətdə olduğumuz illərdə başqa dinlərlə birgə müsəlmanlara göstərilən diqqət və qayğını artırdığmıza görə mən fəxr hissi duyuram. Bizim fərqli dinimiz olsa da çoxdinli və millətlilik baxımından zəngin dövlətimiz var. Tarix boyu ölkə vətəndaşları din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə tolerantlıq çərçivəsində birgə yaşayırlar”.
İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqət və qayğıya görə baş nazirə minnətdarlıqlarını bildirdilər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzuladılar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını dilədilər.
Qeyd edək ki, tədbirdə din, ictimaiyyət xadimləri, dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirlikləri iştirak etdi. Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirdi.
 

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)

 

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)

 

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)

 

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)

 

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB (FOTO)

 


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930