Ölüm mələyini oruclu halda qarşıla
Mьəllif: admin1
Tarix: 12-03-2024, 10:42
Ölüm mələyini oruclu halda qarşıla
Peyğəmbər (s) meraca gedəndə bir saray gördü və bu saray Peyğəmbərin (s) diqqətini çəkdi."

Bu saray kimlər üçün nəzərdə tutulub?” deyə o Həzrət (s) soruşdu.

Həzrətin (s) cavabında deyirlər: "Bu saray dörd xüsusiyyətə malik olan insanlar üçün nəzərdə tutulub:

1) İtabətul klam, "danışıqda pak və təmiz olan insanlar.”

2) İdamətus-siyam, "davamlı oruc tutanlar”.

3) İtamut-təam, "Allah yolunda ehsan verənlər.”

4) Vəl mutəhəccidu bil-ləyl vənnasu niam. Gecələr camaatın yatdığı zaman onlar ibadət edərlər.

Peyğəmbər (s) buyurur: "Bacardığın qədər çalış ki, ölüm mələyini ac və təşnə halında qarşılayasan uca məqamlara çatıb Peyğəmbərlərlə həmmənzil olasan və mələklər sənin ruhunu görməklə şad olsunlar, Allah sənə salavat göndərsin.”

Bu ay elə gözəl aydır ki, Allah dostları bu ayda dünyalarını dəyişmələrini Allahdan dua ediblər.

a) Nəfisə Xatun, İmam Həsənin (ə) oğul nəvələrindən olub. O, Misirdə yaşayıb orada da dünyasını dəyişib. Onun haqqında 6000 dəfə Quranı xətm etdiyini yazıblar.

Allah yanında o qədər möhtərəm insan idi ki, onun dəstəmazının suyunu xəstələr gözlərinə sürtüb şəfa tapırdılar. O xanım can verərkən ona vermək üçün su gətirdilər.

Lakin o suyu içməyərək buyurdu: "Mən 30 ildir orucam və Allahdan istəmişəm oruc halında dünyamı dəyişim.” Sonra "Ənam” surəsini oxumağa başladı və bu ayəyə çatanda dünyasını dəyişdi.

لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ


"Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır”.

Dünyasını dəyişəndə həyat yoldaşı onu Mədinəyə gətirib orda dəfn etmək istəyirdi…..

c) Həzrəti Məryəm.

O xanım oruclu halında idi, oğluna buyurdu: "Oğlum get iftar üçün bir şey tap gətir”

Həzrət İsa (ə) yemək gətirmək üçün getdi. Ancaq bir şey tapıb gətirənə kimi həzrət Məryəm (ə) dünyasını dəyişdi. İsa (ə) gəlib bu halı görəndə çox narahat oldu və ağlamağa başladı. Hz. Məryəmin ruhunu gördü və xanım buyurdu: "Oğlum, narahat olma hər kəs dünyasını dəyişəcək .”

İsa (ə) dedi: "Anacan mən ondan narahat deyləm sən ackən, can verdiyin üçün narahatam.”

Həzrət Məryəm (ə) buyurdu: "Narahat olma, mənə iftar üçün verdikləri şeyləri sən verə bilməzdin.”

İsa (ə) soruşdu: "Anacan, yenə dünyaya qayıtmaq istərdinmi ?”

Həzrət Məriyəm (ə) dedi: "Bəli, iki əməli yerinə yetirmək üçün yenidən dünyaya qayıtmaq istərdim.

1. Soyuq havalarda soyuq su ilə dəstəmaz alıb uzun gecələrdə ibadət etmək üçün.

2. İsti və uzun günlərdə oruc tutmaq üçün.”


İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbəsindən...

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930