İmamcümə pakizə (təyibə) həyatın dəyərindən danışdı (Foto-Video)
Mьəllif: admin1
Tarix: 20-05-2017, 10:28

İmamcümə pakizə (təyibə) həyatın dəyərindən danışdı (Foto-Video)

 

Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-beytə (ə) salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi:

 

İmamcümə birinci xütbəsində pakizə (təyibə) həyat haqqında danışdı. Əlavə edib buyurdu ki, Müqəddəs Kitabımızın və Məsumların (ə) hədisləri əsasında bir-birinə möhkəm tellərlə bağlanıbdır. O cümlədən:

   1. İman

   2. Saleh əməl

   3. Bu iki xüsusiyyətdən doğan pakizə (təyibə) həyat.

Saleh əməllərin nişanələrindən bəhs edən imamcümə onların bəzi şərtlərini də söylədi:

Allahın razılığını qazanmaq üçün yerinə yetirilməlidir.

وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّه...

...və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz...

Həmin əməli elə şəkildə yerinə yetirmək lazımdır ki, o əmələ islam şəriəti baxımından ona savab vermək mümükün olsun.

   Həmin əməl insanın imanının güclənməyinə səbəb olsun.

إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ

Bu deylən nişanə və şərtlər əsasında yerinə yetirilmiş əməllərə saleh əməllər demək olar.

İmamcümə hacı Rasım Məmmədov xütbənin sonunda dedi ki, insanda rıza və qane olmaq xüsusiyyəti olmasa, dünya bu cür insanın ixtiyarına qoyulsa da həmin insan yenə nigaran və pərişan həyat sürəcək. Lakin tamahdan uzaq və qane insanlar Allahdan ona qismətdə olan ruziyə razı qalaraq ruhi asayiş və rahatçılıqda həyat sürürlər.

 

İkinci xütbədə imamcümə dünya malı haqqında danışdı.

O qeyd etdi ki, bəzi hədislərdə dünya pislənibdir və bəzi hədis və ayələrdə isə əksinə dünya malına təşviq olunubdur və halal geniş ruzi əldə etmək tapşırılıbdır. O dünya malı pisdir ki, insan ona bağlana və əlindən getdiyi zaman onun üçün kədərlənə.

 

 

 

İmamcümə pakizə (təyibə) həyatın dəyərindən danışdı (Foto-Video)

 

İmamcümə pakizə (təyibə) həyatın dəyərindən danışdı (Foto-Video)

 


 

 



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031