RUSTAVİ ŞƏHƏRİNDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU İLƏ BAĞLI MƏRASİMİ KEÇİRİLDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 9-05-2017, 14:09

RUSTAVİ ŞƏHƏRİNDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU İLƏ BAĞLI MƏRASİMİ KEÇİRİLDİ (FOTO)

 Ahlibeyt.ge xəbər verir ki, dünən (08.05.2017) Qardabani şəhərində Həzrət Mehdinin (ə.f) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirildi.

Müxtəlif rayon və kəndlərdən din, elm və ictimaiyyət xadimlərinin qatıldığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi və İran və Azərbaycandan dəvət olunan alim, şair və məddahlar iştirak etdi.

Məşədi Vidadi Qurbanovun aparıcılığı və Quran tilavəti ilə başlayan mərasimdə öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müftisi Hacı Yasin Əliyev iştirakçıları və ölkə müsəlmanlarını təbrik edib, Məhdəviyyət ideyasının İslam məzhəblərində qeyd olunduğunu vurğuladılar.
 
Xilaskarın məhz Peyğəmbər (ə) Əhli-beytindən (ə) olması və hal-hazırkı dövrdə O Həzrətin intizarında olan müsəlmanların vəzifələri haqqında danışdılar. 

Sonra Əhli-beyt (ə) şairləri Hacı Elşən Xəzər və şair Ustad Qəffari Hz. Mehdi (ə) haqqında yazdıqları yeni şeirləri oxudular. 

Tədbirin əsas xətibi olan Ayətullah Seyyid Əli Xameneinin Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, tanınmış din alimi Seyid Əliəkbər Ocaq Nejad çıxışı zamanı Hz. Mehdinin (ə.f) haqqında bir neçə Quran ayələrini izah edib, qeybət dövründə yolunu gözləyən möminlərin məsuliyyət və xüsusiyyətlərindən geniş söhbət etdi.

Mərasimə qonaq olan Tehrandakı Hz. Mehdi (ə.f) adına Araşdırma Mərkəzinin sədri Pur Seyyid Ağayi öz təbrik və ürək sözlərini iştirakçılara çatdırdı.
 
Tədbirin sonunda Əhli-beyt (ə) məddahı Fərşad Xəndani Hz. Mehdinin (ə.f) şəninə mədhiyyə və qəsidələr oxudu və Səid Həsənin ifasında dini ilahilər səsləndirildi. Nəhayət mərasim İmam Zaman (ə) duası ilə sona çatdı. İştirakçılar sadə bayram süfrəsi ətrafında təəssuratlarını bölüşdülər.

Qeyd edək ki, bu həftə boyunca, ölkəmizin bir çox bölgələrində digər məsumların viladət günləri kimi Həzrət İmam Zamanın (ə) da mövludu böyük sevinc və şadlıqla qeyd olunur. Allah zəhmət çəkən hər kəsdən qəbul etsin. Amin!
 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930