DIN NƏDIR?
Mьəllif: admin1
Tarix: 9-05-2017, 12:34

 Din – əqidə, fikir, yol mənasındadır; İstər haqq və ya batil yol olsun. Quran bütpərəstlərə belə buyurur: "Sizin dininiz sizə, mənim dinim də mənədir!"[1]Ona görə də hər kəsin yolu, adət-ənənəsi, onun dinidir. Əsas məsələ, haqq din və doğru yol axtarışında olmaqdlr.

Haqq dinin əlamələri:

1. Haqq din, ağılla uyğun olan dindir.

2. Bütpərəstlər daş və taxtadan yonduqları heykəllərə ibadət edirdilər. Quran bu işi ağlasığmaz hesab edir. O (Allah) dedi: "Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?" 

Mümkündür bizdən əvvəlkilər də bu əyri və sapma yolu gediblər, lakin biz o yolu getməməliyik.

Bütpərəstlər də öz işlərinə bəraət qazandırmaq üçün deyirdilər: "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik".

2. Haqq din, başqaları tərəfindən deyil, Yaradan tərəfindən olmalıdır. Məsələn, hər hansı bir cihaz istehsal olduqda, adətən istifadə yolunu öyrədən kitabça ilə satışa verilir. Şübhəsiz, insanın da Yaradanı tərəfindən göndərilən səmavi və hidayət kitabı vardır. Hər hansı bir məhsulun kitabçasını onun istehsalçısı tənzimlədiyi kimi, bizi də yaradan Allah həyat tərzimizi yetərincə tənzimləmişdir. Çünki O, ehtiyaclarımızdan xəbərdar və çətinliklərimizi həl etməyə qadir olan yeganə varlıqdır.

3. Haqq din insanın fərdi və ictimai, maddi və mənəvi ehtiyaclarını təmin edə biləcək proqramaya malikdir.

4. Haqq dinə əməl etmək insanın yüksəlişinə və inkişafına səbəbdir. Zaman keçdikdə köhnəlmir, əmrləri həmişə yeni və cazibədardır. Bu səbəbdən də Allaha bəndəçilik, pak insanlara itaət, başqalarının hüququnu tapdalamamaq, sağlam, təmiz və halal yeməklər, təhsil və iş, yoxsullara kömək, başqalarına hörmət və bu kimi dini göstərişlər bütün zaman və məkanı əhatə edir.

İmam Hüseyn (ə) buyurur: "Heç vaxt zillətə boyun əymərəm, baxmayaraq ki, özüm və uşaqlarım da şəhid ola. Bu şüar, zaman və məkanından asılı olmayaraq bütün insanlara ünvanlanmışdır".

Beləliklə, Allaha şükür etmək namazın sayəsindədir. Aclığı dadmaq və acları yada salmaq oruc sayəsindərir. Din, can və malından müdafiə etmək cihad sayəsindədir. Yoxsullara yardım etmək  xums və zəkat sayəsindədir. Yaxşılığa dəvət və başqalarını çirkinliklərdən xilas etmək üçün çalışmaq, əmr be məruf və nəhy əz münkər sayəsindədir.

Dəstamaz və qüsl, dırnaq tutmaq, baş və üzü düzəltmək  kimi əməllər təmizliyə sifarişdə özünü əks etdirir. Ədəbli olmaq, salam vermək, dəvətsiz yerə getməmək, ata-anaya, yaxınlara və müəllimlərə hörmət etmək, əhdinə vəfali olmaq, dinin əmrləridir. Dinin minlərlə digər əmrləri də var ki, heç bir zaman köhnəlmir. Həqiqətən də haqq din, günəş kimi saçır və hər bir şeyə mənəvi güc bəxş edir.

Dini əmrlərdən bəhrələnməyən insanlar aşağıda qeyd olunan iki yoldan birini istifadə etmək məcburiyyətindədirlər.

1. Şəxsi fikir və istəklərinə əməl edir, gec-tez peşmanlıqla üzləşirlər.

2. Kiçik bir dəstənin və ya zalımların təsirindən qaynaqlanan insan hüquqları təşkilatına arxalanırlar.

Bu gün  insan hüquqlarının önəmli yeri kimi tanınan BMT-dir. Lakin bəzi ölkələr veto haqqına malikdirlər. Bu o deməkdir ki, onlar ölkə nümayəndələrinin qərarını birtərəfli olaraq ləğv edə bilərlər. Zamanımızdakı insan hüquqlarının siması bundan ibarətdir. Amma Quranda belə oxuyuruq: "Qanun, Allahın haqqıdır və hətta Muhəmməd bəzi sözləri özündən uydurub bizə aid etsəydi, biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik." Xəstə sağlamlığı üçün həkimin göstərişlərinə boyun əydiyi və ya maşınımızı təmir üçün maşın ustasının ixtiyarında qoyduğumuz kimi, xoşbəxtliyə nail olmaq üçün də özümüzü məhz Allahın əmrlərinə təslim etməliyik. Şübhəsiz, Allah sonsuz dərəcədə sadaladığımız misallardan daha elmli və insana daha şəfqətlidir. Yalnız O, insanın xeyir və məsləhətinə agahdır. Bu səbəbdən də ona zərər olan hər bir şeyi haram və ya məkruh etmişdir.

Allah-taala, Qurani-kərimdən əlavə bəşərin əlini peyğəmbərlərin, imamların və adil alimlərin əlinə çatdırmışdır.

Qurani-kərim dini kamil bilir və bu üzdən cəmiyyətin rəhbərliyini kamil insana tapşırılmasını vacib hesab edir. Quranın "Bu gün dininizi sizin üçün kamil etdim" buyurduğu gün o gündür ki, Peyğəmbər (s) vida həccindən qayıdarkən Qədir-Xum adlı yerdə dayanıb Allahın əmri ilə Əlinin (ə) əlini qaldıraraq belə buyurdu: "Mən kimin ağasıyamsa, Əli də (ə)  Onun ağasıdır".


 "Kafirun” surəsi, ayə: 6

 "Saffat” surəsi, ayə: 95

 "Zuxruf”  surəsi, ayə: 23

"Haqqəh” surəsi, ayə: 44-46

 "Üsuli-kafi”, 1-ci cild, səh. 420.

 

 

"Yeniyetmələr üçün İslamla tanışlıq" kitabından

 

Müəllif: Möhsün Qəraəti


Tərcümə edən: Çingiz Süleyman


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930