DİN ALİMİ SEYİD ƏLİƏKBƏR OCAQNEJADIN “FİKİR DAMLALARI” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 9-05-2017, 10:23

DİN ALİMİ SEYİD ƏLİƏKBƏR OCAQNEJADIN “FİKİR DAMLALARI” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ (FOTO)

 Ahlibeyt.ge xəbər verir ki, dünən görkəmli din alimi, Azərbaycanda, Gürcüstanda və eləcə də türkdilli xalqların arasında dini təbliğ və təlim sahəsində fəaliyyətləri, söhbət və əsərləri ilə tanınan Höccətül İslam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejadla bağlı tədbir keçirildi.

Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüs və təşkilatçılığı ilə keçirilən tədbirdən məqsəd ömrünün 60 ilini tamamlayaraq 25 ildən çox müddət ərzində Azərbaycan üzrə Ayətullah Seyyid Əli Xameneinin səlahiyyətli nümayəndəsi olaraq xidmət göstərən bu dəyərli din aliminin əməyini dəyərləndirmək, dini xidmətlərindən dolayı təşəkkür etmək və əsərlərini tanıtdırmaq idi. Tədbirdə eyni zamanda onun Gürcüstanda yeni çap olunan "Fikir damlaları” kitabının da təqdimatı oldu.

Əslən Ərdəbil şəhərindən olan din aliminə həsr olunan tədbirin aparıcısı axund Qurban Qurbanov öncə onun tərcümeyi-halı, həyat və yaradıcılığı haqda iştirakçıları məlumatlandırmaq üçün sözü Müsəlman Qadınlar İcmasının üzvü Yeganə xanım Hüseynovaya verdi. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Marneuli şəhərinin baş axundu Hacı Əziz Nəbiyev, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədr müavini Hacı Mayak Nemətov və başqaları çıxış edərək, dəyərli din xadiminin dini əsər, moizə və dinimizin təlimi sahəsində göstərdiyi əvəzsiz xidmətləri haqda fikir və düşüncələrini söylədilər. Onun söz yazıları və kitablarına Gürcüstan müsəlmanları tərəfindən rəğbət bəslənildiyini qeyd edib, yaradıcılq və maarifçilik yolunda bu dəyərli dini şəxsiyyətə uğurlar dilədilər.

Sonda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ölkə müsəlmanları tərəfindən "Təşəkkürnamə”ni alimə təqdim edib Allahdan onun ömrünə və elminə bərəkət bəxş etməsini dilədi. Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri də Ağsaqqallar Şurası tərəfindən xatirə olaraq hədiyyə təqdim etdi. İştirakçılara böyük tirajda işıq üzü görmüş kitabn nüsxələri təqdim olundu.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930