Mədinədən – Qafqaza
Mьəllif: admin1
Tarix: 17-04-2017, 21:49
Mədinədən – Qafqaza
İslamın Qafqaz və Gürcüstana gəlişi barədə mükəmməl məlumat verməzdən öncə həmin tarixi situasiyaya və mövcud duruma qısa da olsa nəzər salmaq lazımdır. Çünki İslamın Qafqaz bölgəsinə nə vaxt daxil olduğunu bilməyincə müsəlmanların, bu tarixi bölgənin keçmişi barədə düzgün fikir yürütmək olmaz. Hesab edirəm ki, İslamın Gürcüstana daxilolma tarixinin, İslamın yaranma tarixinə yaxın olmasından çoxlarımızın xəbəri belə yoxdur.

İslam Gürcüstana hicrətin 1-ci əsrinin üçüncü onilliyində daxil olub (təqribən miladi 640-650-ci illəri əhatə edir). İslamın Gürcüstana daxilolma prosesi və onun nəticələri hicrətin ilk əsrlərində baş verdiyi üçün bu ölkədəki İslam tarixini araşdırmaq da kifayət qədər mürəkkəbdir.

Son İlahi Peyğəmbər olan həzrəti Məhəmməd (s) miladi təqvimi ilə 570-ci ildə Məkkədə dünyaya gəlib və 609-cu ildə 40 yaşında Allah tərəfindən peyğəmbər seçilib. O, həzrət (s) peyğəmbər seçiləndən sonra 23 il müddətində son İlahi din olaraq İslam dininin təməlini qoyub. Həzrət Peyğəmbər (s) 13 il Məkkədə insanları İslama dəvət edib və sonra Yəsrib əhalisini İslama dəvət etmək üçün ora köçüb. Həzrət Peyğəmbər (s) ora köçdükdən sonra Yəsrib "Mədinətun-nəbiyy" (Peyğəmbər şəhəri) adlandırılıb. Bir müddət sonra isə sadəcə "Mədinə" adı ilə məşhurlaşıb. İslam Peyğəmbəri (s) Mədinədə ilk İslam dövlətini qurub və İslamı Ərəbistan yarımadasına ordan yaymağa başlayıb.

Hicrətin (Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) altıncı ilində İslamın digər bölgələrdə yayılması istiqamətində səylər göstərilməsinə başlanılıb. Belə ki, həmin il həzrət Peyğəmbər (s) Ərəbistan yarımadasının İran, Şərqi Roma imperatorluğu, Misir və Həbəşistan kimi qonşu ölkələrə məktub yazaraq, onları İslama dəvət edib. Ondan sonra hicrətin onuncu ilində İslamın yayılması istiqamətində əməli (praktiki) səylərin göstərilməsinə başlanılıb. Belə ki, həmin ilin Ramazan ayında həzrəti Peyğəmbər (s) İmam Əlini (ə) İslamı təbliğ etmək üçün bir dəstə ilə Yəmənin cənub bölgəsinə göndərib.

Yəmənin müsəlman olmasının və yəmənlilərin Əhli-beytə (ə) məhəbbətinə səbəb hicrətin onuncu ilinin sonunda İmam Əlinin (ə) Yəmənə olan üç aylıq səfəridir. İslami fəthlər Peyğəmbərin (s) vəfatından – hicri təqvimi ilə on birinci, miladi təqvimi ilə 632-ci il – sonrakı illərdə də davam edib. Şam, Fələstin, İran ...Və nəhayət, hicri-qəməri 21-22-ci (643-cü) ildə fəthlərin əhatə dairəsi genişlənərək Azərbaycana da çatıb.

Azərbaycan və onun qonşuluğundakı bölgələrin çoxu İslam coğrafiyasına sülh ilə daxil olublar. Yazılanlara görə, həmin vaxt Azərbaycanın baş mühafizi, kordonu məşhur Fərruxzad xanədanından olan Bəhram ibn Fərruxzad olub. Bir neçə döyüşdən sonra sərhəd qüvvələri müsəlmanlara məğlub olublar. Lakin müsəlmanların əlində əsir olan İsfəndiyar adlı yerli ağsaqqallardan birinin vasitələçiliyi ilə tərəflər arasında sülh müqaviləsi imzalanıb. Həmin müqavilənin bəndlərindən birinə görə, qalib tərəfə yüz min dirhəm verilməli, bunun müqabilində onlar yerli sakinləri öldürməkdən, qarət etməkdən və əsir götürməkdən çəkinməli idilər. Azərbaycandan sonra fəth növbəsi Qafqazın şimal bölgələrinə çatıb.


Hacı Rasım Məmmədov / Gürcüstanda İslam Tarixi


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031