“HALAL” KƏSİMƏ NƏZARƏT ETMƏK MƏQSƏDİ İLƏ YARADILAN KOMİSSİYANIN TOPLANTISI OLDU (FOTO)
Mьəllif: admin1
Tarix: 7-04-2017, 21:37
“HALAL” KƏSİMƏ NƏZARƏT ETMƏK MƏQSƏDİ İLƏ YARADILAN KOMİSSİYANIN TOPLANTISI OLDU (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Tbilisi Cümə məscidinin iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində “Halal” kəsimə nəzarət qrupu və digər din xadimlərinin iştirakı ilə toplantı keçirildi.

Toplantıda İdarənin bir neçə yerli və xarici şirkətlərlə “Halal” sertifikatın verilməsi və bağlanan müqavilə və razılaşmaların şərtləri haqda məlumat verildi.

Eyni zamanda Cəfəri və Hənəfi fiqhinə görə dini şəriət qaydaları əsasında xırda və iri buynuzlu heyvanların və eləcədə quşların kəsim qaydaları barəsində danışıldı.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Yasin Əliyev “Halal” kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində məlumat verib, bu məsuliyyətli iş haqda din xadimlərinin olduqca diqqətli olmasını və yoxlama apararaq nəzarətlərini daha da gücləndirmələrini tapşırdılar.

Sonra Halal sertifikatın verildiyi müəssisələrin iş rejimi halında din xadimləri tərəfindən çəkilən video çarxlar nümayiş edildi.


“HALAL” KƏSİMƏ NƏZARƏT ETMƏK MƏQSƏDİ İLƏ YARADILAN KOMİSSİYANIN TOPLANTISI OLDU (FOTO)
“HALAL” KƏSİMƏ NƏZARƏT ETMƏK MƏQSƏDİ İLƏ YARADILAN KOMİSSİYANIN TOPLANTISI OLDU (FOTO)
“HALAL” KƏSİMƏ NƏZARƏT ETMƏK MƏQSƏDİ İLƏ YARADILAN KOMİSSİYANIN TOPLANTISI OLDU (FOTO)
“HALAL” KƏSİMƏ NƏZARƏT ETMƏK MƏQSƏDİ İLƏ YARADILAN KOMİSSİYANIN TOPLANTISI OLDU (FOTO)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930