Ölüm təsadüfdürmü?
Mьəllif: admin1
Tarix: 13-03-2017, 13:33
Ölüm təsadüfdürmü?
Ölüm təsadüf deyil, hər bir hadisə kimi ölüm də Allahın istəyi nəticəsində baş verir. Bir insanın doğum tarixi bəlli olduğu kimi, eyni şəkildə ölüm tarixidə bəllidir. Necə ki, insana dünyada yaşadığı müddətdə ona verilən zamanı "xərcləyərək" ölmə doğru sürətlə yaxınlaşır.

Hər kəsin ölümünün məkanı, zamanı və forması onun qədərində müəyyən edilib. Buna baxmayaraq insanların çoxu hesab edirlər ki, "ölüm" Allahın yaratdığı hadisələr zəncirinin bir nəticəsi olduğunu zənn edirlər. Hər gün internet və qazetlərdə ölüm xəbəri oxunur. Ardıncada "Əgər bir tədbir görülsəydi, nəticə bu şəkildə olmazdı, belə edilsəydi ölməzdi" kimi cahil məntiqlər irəli sürülür. Halbuki heç bir insan onun üçün ayrılmış zaman da nə biran əksik, nə də biran artıq yaşaya bilməz. Ancaq imanın verdiyi düşüncədən uzaq olan insanlar hər hadisəyə olduğu kimi ölümə də təsadüf edirlər.

Allah Quranda insanları ölümü təsadüf hesab etməkdən çəkindirir: "Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər", – deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!". (Ali İmran 156)


İlahiyyatcı Məşhədi Həmzə Marneuli.


Ahlibeyt.ge üçün.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031