TBİLİSİDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ...
Mьəllif: admin1
Tarix: 25-02-2017, 22:32
TBİLİSİDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ...
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Müsəlmanları İdarəsi və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımına anım mərasimi təşkil edildi. Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri iştirak etdi. Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxundu. Sonra təbirin aparıcısı Mayak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq törədilən vəhşiliklər barədə statistik məlumat verərək, çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Yasin Əliyevə verdi. Onlar çıxışında Xocalı soyqrımının ildönümü münasibəti ilə Azərbaycan xalqına və İslam dünyasına baş sağlığı verib XX əsrin faciəsinin dəhşətindən, əsrimizdə də bəzi müsəlman ölkələrində dünyanın seyirci qaldığı soyqrımların, günahsız insan qətllərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də seyirci qalmasından və belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından danışıblar.
Sonra Türkiyə səfirliyinin Din müşaviri Nəbi Gümüş, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov, tanınmış hüquşünas Temuraz Lomsadze və Demokratik İnkişaf Fondunun sədri Badri Çerçvadze Xocalı faciəsinin başvermə səbəb və nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Qafqazda və dümyada belə faciəvi hadisələrin təkrarlanmaması üçün bu soyqırımın bütün dünyaya çatdırılmasını vacib hesab etdilər. Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə də öz çıxışında Xocalı ilə əlaqədar qələmə aldığı şeirini iştirakçılara oxudu. Tədbirin sonunda şəhidlər üçün ehsan süfrəsi təşkil olundu.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930