İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
Mьəllif: admin1
Tarix: 13-01-2017, 20:14
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

Haci Rasim birinci xütbəsində, “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı.

İmam cümə buyurdu ki, "Surənin adından məlum olduğu kimi (Vaqiə) daha çox qiyamətin xüsusiyyətindən danışır. Lakin bununla yanaşı bir çox mühüm mətləblərə də işarə edilibdir." Ocümlədən:
1.Qiyamətin başlanğıcı və onun dəhşətli halları.
2.Mütəal Allah bu surədə insanları üç dəstəyə bölüb:
3.Müqərrəb (Allah dərgahına məqam cəhətindən daha yaxın olanlar)
a)Müqərrəb (Allah dərgahına məqam cəhətindən daha yaxın olanlar
b)Əshabil-yəmin (əməl dəftərləri sağ əlinə verilənlər)
c)Əshabiş-şimal (əməl dəftəri sol əlinə verilənlər)
4.Möminlərin mükafatlandırılması və kafirlərin cəzaları haqqında ümumi məlumatlar var və s...


Xətib əlavə etdi ki, “Vaqiə” surəsinin oxumaqın fəzilətləri haqqda islami qaynaqlarda çoxlu hədislər nəql olunubdur. O cümlədən islam Peyğəmbəri (s) buyurmuşdur: “Bu surəni oxuyan kəs heç vaxt qəflətə düşməz.”
Hacı Rasim qeyd edərək buyurdu: Bu surənin ayələri çox təkan vericidir bu ayləri oxuduqda insan qəflətdə qala bilməz.

İmam cümə ikinci xütbəsində Nəhcul-Bəlağənin 150-ci nəsihətini tərcümə və izah etdi. Onlardan bir neçəsini biz burda qeyd edirik.

Hacı Rasim: İmam Əli (ə) ondan öyüd-nəsihət istəyən şəxsə (xoşagəlməz xasiyyətlərin məzəmmətində belə) buyurmuşdur:

1.Əməlsiz (ibadət və bəndəliyi olmadan) axirətə ümid bəsləyənlərdən
2.Uzun arzu ilə tövbəni və (günah və itaətsizlikdən) qayıtmağı dala atanlardan olma
3.Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə (dünyanı) istəyənlərin əməlidir.
4.Dünyadan (onun malından) ona verilsə doymaz, çatmasa qane olmaz (öz payından razı qalmaz).
5.Ona verilmiş şeylərin (nemətlərin) şükrünə acizdir və çatmayan (ona verilməmiş) şeyin daha çoxunu axtarır;
6.(başqalarını nalayiq işlərdən) çəkindirir, özü isə (başqalarını çəkindirdiyi şeydən) əl çəkmir;
7.(başqalarına) özü etmədiyi şeyləri əmr edir.
8.Yaxşı əməl sahiblərini sevir, amma onların əməllərini etmir,
9.günahkarlara nifrət edir, halbuki özü onlardan biridir.
10.Günahlarının çoxluğu səbəbindən ölümdən xoşu gəlmir, amma eyni zamanda ölümdən xoşu gəlməməsinə səbəb olan şeyə (günahlara) israrlıdır. Və s...


İmam cümə sonda Seyid Rəzi cənablarına istinadən buyurdu: "Əgər «Nəhcül-Bəlağə» kitabında bu kəlamdan başqa ayrı bir şey olmasaydı, təkcə o faydalı nəsihət, yetərli hikmət, bəsirət sahibi üçün gözüaçıqlıq və düşüncə sahibi üçün ibrət və öyüd olmaq baxımından kifayət edərdi."
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)

İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)
İmam-cümə, Hacı Rasim Məmmədov “Vaqiə” surəsini oxumağın fəziləti və bərəkətlərindən danışdı (Foto-Video)




Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031