GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ DİNİ TƏDRİSİN MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNDU (Foto)
Mьəllif: admin1
Tarix: 29-11-2016, 21:49
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ DİNİ TƏDRİSİN MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNDU (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Tbilisidə “Məktəblərdə din tədrisi” və “Söz və düşüncə azadlığının, din və vicdan azadlığı” ilə münasibəti mövzusunda konfrans keçirildi.
“20-ci əsr təşkilatı” və Almaniyanın “Fridrix Ebert” fondunun təşkilatçılığı ilə təşkil olunan konfransda Təhsil və Ədliyyə nazirliklərinin nümayəndələri, Dini Məsələlər üzrə Dövlən Agentliyinin sədri, Gürcüstan parlamentdində təhsil və elm komitəsinin sədri və insan huquqları mühafizə komitəsinin sədr müavini, Amerika səfirliyi və avropa ittifaqının rəsmiləri, millət vəkilləri, müstəqil ekspertlər, yerli və beynəlxalaq QHT təmsilçiləri, dini İcmaların nümayəndələri və Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri də iştirak etdi.
İki hissədən ibarət konfransda çıxış edənlər öncə söz azadlığının din və dini şəxsiyyətlər barədə ehtiyatlı və diqqətli davranmaları, insanların dini inanclarına təhqirin, onların hisslərinə toxunmanın və diskriminasiya hallarının yolverilməz olduğu haqda müzakirələr apardılar. Avropanın bəzi ölkələrində söz və düşüncə azadlığının din və vicdan azadlığını üstələdiyinin və bu halların acı hadisələrlə nəticələləndiyi qeyd olundu.
Fasilədən sonra günün ikinci yarısı isə orta məktəblərdə sağlam dini təhsilin mümkünlüyü, keyfiyyəti və fənləri haqda fikir mübadiləsi aparıldı. Avropanın əksər ökələrində orta məktəblərdə keçirilən dini tədris nümunələrinin müsbət və mənfi cəhətləri də müzakirə edildi.


GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ DİNİ TƏDRİSİN MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNDU (Foto)
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ DİNİ TƏDRİSİN MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNDU (Foto)
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ DİNİ TƏDRİSİN MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNDU (Foto)
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ DİNİ TƏDRİSİN MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNDU (Foto)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031