MƏHƏRRƏMLİYIN BAŞLANMASI İLƏ ƏLAQƏDAR DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 2-10-2016, 21:17
MƏHƏRRƏMLİYIN BAŞLANMASI İLƏ ƏLAQƏDAR DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Məhərrəm ayının gəlişi ilə bağlı Tbilisidə bölgələri təmsil edən axundlar və din müəllimləri ilə toplantı keçirildi. Məşədi Vidadi Qurbanovun Qurandan ayələr tilavət etməsi ilə başlayan toplantıda öncə Məhərrəm ayının başlanması münasibətilə baş sağlığı verildi. Sonra çıxış edən BGMİnin şeyxi Hacı Ramin İgidov və Marneulinin baş axundu imam cümə Hacı Əziz Nəbiyev din xadimlərinə İmam Hüseyn (ə) üçün keçirilən təziyə məclislərin haqda müəyyən tövsiyə və fikirlərini çatdırdı. Hacı Ramin din xadimlərinə İdarənin gördüyü işlər və Məhərrəmlik üçün nəzərdə tutulan proqramlar haqda məlumat verib, ruhnilərin təklif və fikirlərini dinlədi. Ehtiyacı olan məscidlərə səsgücləndiricilər hədiyyə edildi.
Eyni zamanda İmam Hüseyni (ə) tanıtdıran və Kərbəladan alınan dərslər adlı yeni iri tirajda nəşr olunan iki infoqrafik posterlər və yeni çap olunmuş digər dini kitablar din xadimlərinə təqdim olundu.
Qeyd edək ki, çapda olan “Quranla tanışlıq” kitabı və “İman” jurnalının 97-ci sayı xüsusi buraxılış olaraq yaxında din xadimləri vasitəsi ilə oxuculara təqdim olunacaqdır.
İmam Hüseyn (ə) hərəkatı, Kərbəla qiyamının məqsədi və həqiqətlərini insanlara çatdıran və belə mərasimlərin təşkilində hər növ əməyi keçən hər kəsə təşəkkür edir, Mehriban Allahdan əcr və savab diləyirik. Allah təziyənizi qəbul etsin!

MƏHƏRRƏMLİYIN BAŞLANMASI İLƏ ƏLAQƏDAR DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
MƏHƏRRƏMLİYIN BAŞLANMASI İLƏ ƏLAQƏDAR DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930