Əli (ə) fədakarlığı
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:17
Əli (ə) fədakarlığı


İslami qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (s) müxtəlif yollarla bu əlaqəni yaratmaq və onu genişləndirmək üçün çox şeylər etmişdir. O, cümlədən Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra Mühacirlər (hicrət etmiş müsəlmanlar) və Ənsar (Peyğəmbərin (s) Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun». Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu.

Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (ə) tək qaldı. Onun üçün qardaş təyin olunmadı. Bu vaxt Əli (ə) gözləri yaşla dolmuş halda Peyğəmbər (s) hüzuruna gəlib dedi:
- Dostlarından hər biri üçün bir qardaş təyin etdin. Amma mənimlə bir kəsin arasında qardaşlıq əqdi bağlamadın!
Bu zaman Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a olan əqidə və ideya yaxınlığını bildirən öz tarixi kəlamını söylədi: «Sən bu dünyada və axirətdə mənim qardaşımsan». Məni peyğəmbər seçən Allaha and olsun ki, səni yalnız özümə qardaş seçmək üçün axıra saxladım. Sən həm dünyada, həm də axirətdə mənim qardaşımsan. Bu kəlam Əli (ə)-ın, Peyğəmbər (s) ilə olan mövqeyini – mənəviyyat, paklıq və dini məqsədlərlə bağlı ixlas mövqeyini aşkar şəkildə sübutdur. Qurani-Məcid onu Əli (ə)-ı Nəfsi-peyğəmbər (Peyğəmbərin özü hesab etmişdir).
İslam tarixində Əli (ə) və Peyğəmbər (s) yaxınlığı haqda çox sübutlar yazılmışdır. Bu yaxınlığı İslam tarixində «Leylətil-məbit» adı ilə məşhur olan bir tarixi hadisədə daha aydın görmək olar. Besətin on dördüncü ili Səfər ayının sonunda «Darun-nədvə» də Məkkənin şura yığıncağında Qüreyş tayfasının başçıları qərara aldılar ki, Peyğəmbər (s) öldürsünlər. Ancaq onu öldürmək heç də asan iş deyildi. Çünki onu öldürsələr, Bəni-Haşim sakit oturmayıb ayağa qalxacaq və qatildən qisas tələb edəcəkdi. Nəhayət, belə planlaşdırdılar ki, hər qəbilədən bir nəfər gənc çağırıb gecə vaxtı Məhəmməd (s) yuxuda olarkən qətlə yetirsinlər. Belə olduqda qatil təkcə bir nəfər olmayacaq və Bəni-Haşim qisas tələb edə bilməyəcək. Çünki Məhəmməd (s) qətlində hər bir qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb Məhəmməd (s) qan bahasını almaqla kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək. Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbər (s)-ı bu işdən xəbərdar etdi və bildirdi ki, Peyğəmbər vətəni Məkkəni tərk edib Mədinəyə getməlidir. Burada Peyğəmbər (s) Məkkədən çıxmaq üçün «iz itirmək» taktikasından istifadə etməli idi. Bunun üçün canından keçmiş, şücaətli, ürəkli bir nəfər lazım idi ki, gecəni peyğəmbərin yatağında yatsın. Beləliklə, evi mühasirəyə almış müşriklərin yatan şəxsin Məhəmməd (s) olduğunu güman edib nəzərlərini evə cəlb etsinlər. Belə bir şəxs Əli (ə)-dan başqası ola bilməz və belə bir iftixar ancaq ona nəsib olardı. Buna görə də Peyğəmbər (s) üzünü Əli (ə)-a tutub dedi: «Qüreyş müşrikləri mənim qətlimə plan çəkmişlər. Belə qərara almışlar ki, kütləvi şəkildə evimə hücum edib məni yataqda ikən öldürsünlər. Bu səbəbə görə Allah tərəfindən mənə əmr olunub ki, Məkkəni tərk edim. Sən gərək bu gecə mənim yatağımda o yaşıl parçaya bürünəsən ki, onlar hələ də mənim evdə olduğumu və yataqda yatdığımı təsəvvür edib məni təqib etsinlər».
Əli (ə) Rəsulullah (s) dediklərinə itaət edib, axşamdan gecəyədək onun yatağında uzandı...
Əlləri qılıncın dəstəyində olan qırx nəfər müşrik gecə olan kimi Peyğəmbər (s) evini mühasirəyə aldılar. Səhərə yaxın peyğəmbərin evinə hücum etdilər ki, Peyğəmbər (s) yataqda ikən onun qanını axıtsınlar. Onlar qapının deşiyindən baxır və şadlıqdan yerə-göyə sığmırdılar. Elə güman edirdilər ki, tezliklə son arzularına çatacaqlar. Bu vaxt Əli (ə) isə qəlbi imanla dolu və xatircəm halda Peyğəmbərin yatağında uzanmışdı. Əmin idi ki, Allah öz Peyğəmbərinə nicat verəcək.
Gecənin qara pərdələri çəkildi. Sübhün işığı üfüqün sinəsini yardı. Müşriklər əllərində siyirmə qılınc vəhy evinə hücum etdilər. Peyğəmbərin yatağına yaxınlaşdıqda Əli (ə) onun yerində gördülər. Qəzəb və təəccüb onları bürüdü və Əli (ə)-dan soruşdular:
- Məhəmməd haradadır?
Əli (ə) cavabında buyurdu:
- Məgər onu mənə tapşırmışdınız ki, məndən də istəyirsiniz? Siz elə iş gördünüz ki, o evini atıb getməli oldu.
Vəziyyəti belə görən müşriklər Əli (ə) həmlə edib onu məscidül-hərama tərəf apardılar.
Qurani-Məcid Əli (ə) bu misilsiz hünərini bütün əsr və dövrlərdə əbədi qalsın deyə bir ayədə onun bu fədakarlığını tərifləyir və onu ölümünü gözünün qarşısına alaraq, Allahın razılığını qazanmaq üçün tələsənlərdən hesab edir.
«Camaatdan bəzisi var ki, Allahın razılığı yolunda öz canından keçir. Allah öz bəndlərinə qarşı çox mehribandır» («Bəqərə» surəsi, ayə 207). Bir çox təfsirçilər deyirlər ki: «Bu ayə Əli (ə) böyük fədakarlığı və Peyğəmbər (s) yatağında yatması barədə aləmdə məşhur olmuşdu». Əli (ə) bu tarixi hadisə ilə əlaqədar olaraq dediyi və Siqutinin öz təfsirində «Əl-Dürrül-Mənsur», (3-cü cild, səh. 180) əsərində və «Biharul-Ənvar» (19-cu cild, səh. 39) nəql etdiyi şerilər və o həzrətin fədakarlığına dair aşkar bir dəlildir.
Bir çox təfsirçi alimlər nəql etmişlər ki, o gecə Allah özünün iki böyük mələyinə (Cəbrail və Mikailə) xitab edərək buyurdu: «Əgər mən sizin birinizə həyat, digərinizə ölüm hökmü versəm, hansınız ölümü qəbul edib, həyatı o birinizə verərsiniz?» Bu anda onların heç biri ölümü qəbul edərək o, birisinin yolunda canından keçməyə razı olmadı. Sonra Allah taala o iki mələyə xitab etdi: «Yerə enin və Əlinin ölümü necə qəbul edib özünü Peyğəmbər (s)-a necə fəda etdiyini görün. Sonra onu düşmənlərin şərrindən saxlayın».
Bəziləri zaman keçməsi ilə bu böyük fəzilətin üstünə pərdə çəkmək istəsələr də İslam tarixində Əli (ə) bu əməli dost-düşmən gözündə ən böyük fədakarlıq sayılır.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu.


Hazırladı: Məşədi Mirağa MÜSTAFAZADƏ
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930