"İftitah" duası, Allahın əfv qapısı
Mьəllif: Admin
Tarix: 18-04-2022, 12:13
"İftitah" duası, Allahın əfv qapısı
Dua və təvəssül insanın ruhunun ən gözəl hallarındandır ki, Yaradana ehtiyacı ifadə etməklə insanın mənəvi dərəcələrini artırır.

Hər bir ibadətin öz ədəbləri və şərtləri vardır ki, onlar olmadan heç bir faydası olmayacaq. Günahı tərk etmək, qəlbi təmizləmək, halal yemək, yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirmək duanın şərtlərindəndir. Duaya Allahın adı və sifətləri ilə başlamaq, Peyğəmbərə (s) salavat göndərmək və duada Allahın övliyalarını şəfaətçi qərar vermək duanın ədəblərindəndir.

Duanın ədəblərindən biri də vaxt və məkanı düzgün seçməkdir və Ramazan ayı bu baxımdan ən gözəl vaxtlardan biridir. "İftitah" duasında elə mövzular var ki, Ramazan ayının gecələrində oxunması tövsiyə edilib.

Bu dua "İlahi, təsbihi həmd ilə açdım" ifadəsi ilə başlayır. Elə ilk ifadələrdə oxuyuruq: "Çarəsiz və qorxan insanlara sığınacaq verən, xoşbəxt olanları xilas edən Allaha şükürlər olsun."

Həmçinin bu duada da oxuyuruq: "Dualarımızı qəbul və istəklərimizi əta et. Həmçinin dünya və axirətdəki arzularımıza çatdır. Bizə istədiklərimizin artığını ver, ey hacət istənilənlərin ən yaxşısı."

Bu duanın birinci hissəsi allahşünaslığa məxsusdur. HabeləAllahın əzəmətinin bir hissəsini əks etdirən sifətləri ifadə edir. Bu duanın ikinci hissəsi Peyğəmbərə (s) və onun ailəsinə salavat və onların mühüm məqam və kamilliklərinin ifadə edir. Bu duanın üçüncü hissəsi Həzrət Mehdi (ə.c), onun zühuru duası, haqq hökumətinin və ədalətin bərqərar olması diləyi ilə bağlıdır.

"İftitah"duasının digər bir hissəsində deyilir: "İlahi, biz Peyğəmbərin (s) olmamasından və İmamın (Mehdinin) qeybindən, eləcə də düşmənlərimizin çoxluğundan, sayımızın azlığından, şiddətli fitnələrdən və ətraf mühitin üzərimizdəki hökmranlığından Sənə şikayət edirik."


Məhəmməd Rza Xoşxunun İQNA-ya verdiyi müsahibədən götürülmüşdür

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930