Hafizəni gücləndirən xüsusi dua – ayətullah Behcətdən
Mьəllif: admin1
Tarix: 8-02-2021, 20:39
Hafizəni gücləndirən xüsusi dua – ayətullah Behcətdən
Nəql olunur ki, İmam Əli (ə) buyurmuşdur: “Nə zaman istəsən ki, eşitdiyini və oxuduğunu əzbərləyəsən – bu duanı bütün namazların təqibində oxu:

سُبْحَانَ مَنْ لَا يَعْتَدِي عَلَى أَهْلِ مَمْلَكَتِهِ، سُبْحَانَ مَنْ
لَا يَأْخُذُ أَهْلَ الْأَرْضِ بِأَلْوَانِ الْعَذَابِ، سُبْحَانَ
الرَّءُوفِ الرَّحِيمِ، اللَّهُمَّ اجْعَلْ لِي فِي قَلْبِي نُورًا وَ
بَصَرًا وَ فَهْمًا وَ عِلْمًا، إِنَّكَ عَلى كُلِّ شَيْءٍ قَدِيرٌ.

Subhənə mən lə yə’tədi ‘alə əhli-məmləkətihi, subhənə mən lə yə’xuzu əhləl-ərzi bi-əlvənil-‘əzəbi, subhənər-raufir-rahim.

Əllahum-məc-‘əl li fi qalbi nuran və bəsaran və fəhmən və ‘ilmən.

İinnəkə ‘alə kulli şəyin qadir.

Pakdır o padşah ki, əlinin altında olanlara zülm etmir.

Pakdır o Allah ki, yer əhlini rəngarəng əzablara düçar etmir.

Pakdır o bəndə sevən mehriban Allah.

Allahım, qəlbimdə nur, bəsirət, dərk və elm qərar ver.

Şübhəsiz ki, Sən hər şeyə qadirsən”.

Ayətullah Behcət bu duaya xüsusi əhəmiyyət verirdi və hafizəni gücləndirmək üçün bu duanı tövsiyə edirdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930