Bu ayələri oxumaq insanı səfər zamanı amanda saxlayar
Mьəllif: admin1
Tarix: 16-11-2020, 21:58
Bu ayələri oxumaq insanı səfər zamanı amanda saxlayar
Hər kim səfərə çıxmaq istəyirsə, gərək səfərini Allahın adı ilə bağlasın. Həmçinin sədəqə versin. İmam Sadiq (ə) buyurur: “Səfərini sədəqə ilə başlat və “Ayətül-kürsü”nü oxu”.

İmam Kazım (ə) buyurur: “Hər kim səfərə çıxmaq istəyər, evinin qarşısında dayansın. Gedəcəyi tərəfə, həmçinin sağ və sol tərəfinə “Həmd”, “Nas”, “Fələq”, “Tövhid”, “Ayətül-kürsü”nü oxusun və sonra bu duanı oxusun:

اللَّهُمَّ احْفَظْنِی وَ احْفَظْ مَا مَعِی وَ سَلِّمْنِی وَ سَلِّمْ
مَا مَعِی وَ بَلِّغْنِی وَ بَلِّغْ مَا مَعِی بِبَلَاغِک الْحَسَنِ
الْجَمِیلِ»

Bu halda Allah onu və onunla olanları sağlam şəkildə məqsədə çatdıracaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim miniyə minən zaman bu ayəni oxuyarsa:


إِنَّ رَبَّکمُ اللَّهُ الَّذِی خَلَقَ السَّماواتِ وَ الْأَرْضَ فِی

سِتَّةِ أَیامٍ‏

və sonra bu duanı oxuyarsa:


أَسْتَغْفِرُ اللَّهَ الَّذِی‏ لا إِلهَ
إِلَّا هُوَ الْحَی الْقَیومُ‏ وَ أَتُوبُ إِلَیهِ. اللَّهُمَّ اغْفِرْ
لِی ذُنُوبِی فَإِنَّهُ لَا یغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ»،


Allah onu bağışlayar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim səfərdə “Qəsəs” surəsinin 22-28-ci ayələrini oxuyarsa, Allah onu hər insan yeyən vəhşidən, hücum edən oğrudan, hər bir zəhərli həşəratdan amanda saxlayar, o zamana qədər ki, ailəsinə tərəf qayıdar”.

İmam Əli (ə) buyurur: “Hər kim qərq olmaqdan qorxar, bu ayəni və duanı oxusun:


بِسْمِ اللَّهِ مَجْراها وَ مُرْساها إِنَّ رَبِّی لَغَفُورٌ رَحِیمٌ‏»
بِسْمِ اللَّهِ الْمَلِک الْحَق‏« ما قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ
وَ الْأَرْضُ جَمِیعاً قَبْضَتُهُ یوْمَ الْقِیامَةِ وَ السَّماواتُ
مَطْوِیاتٌ بِیمِینِهِ سُبْحانَهُ وَ تَعالى‏ عَمَّا یشْرِکونَ»

İmam Sadiq (ə) buyurur: “Əgər məkruh sayılan zaman səfərə çıxmaq istəyirsinizsə, “Ayətül-kürsü”nü oxuyun”.

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim hər gecə və səfər zamanı “Ayətül-kürsü”nü oxuyarsa, özü və özü ilə olan hər şey sağlam qalacaqdır”.

İmam Kazım (ə) buyurur: “Hər kim miniyə minən zaman bu duanı desə, Allah onu və nəqliyyat vasitəsini qoruyar:

بِسْمِ اللَّهِ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْحَمْدُ
لِلَّهِ الَّذِی هَدَانَا لِهَذَا وَ سُبْحانَ الَّذِی سَخَّرَ لَنا هذا
وَ ما کنَّا لَهُ مُقْرِنِین‏»،


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930