Duanı təmiz ağızla etmək lazımdır
Mьəllif: admin1
Tarix: 29-02-2020, 22:57
Duanı təmiz ağızla etmək lazımdır
Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində buyurmuşdur: “Rəcəb ayı – istiğfar ayıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Özünüzü istiğfar edərək ətirləndirin”.

İnsan bəzən elə işlər görür ki, bir söz deyir, ya hansısa əməli görür, başqalarının abırını tökmüş olur. Ona görə də Həzrət (s) bizə buyurur ki, günahın pis iyini istiğfar edərək özünüzdən uzaqlaşdırın və ətirli, pak olun.

Çalışaq bu ayda çoxlu dua edək. Ancaq elə ağızla dua edək ki, pis sözlər demir, haram yemir və pak sözlər danışır. O zaman oxuduğumuz Quranın təsiri olar, çünki pak ağızdan xaric olar.

Məgər Quran oxumaq istəmirsiniz, məgər Quran ayələri ilə insanları tanış etmək istəmirsiniz? Əgər siz bulaq əvəzinə kanaldan su içsəniz, əlbəttə ki, onun təmizliyinə dair şübhəniz olar, həmin suyun içməli olub-olmamasını bilməzsiniz. Belə bir su sizə xeyir əvəzinə ziyan vura bilər.

Ona görə də çalışaq şübhəli qidalardan çəkinək ki, ağzımız pak qalsın. Belə pak olan ağızla edilən dualar və oxunan Quranlar qəbul olunar.

İnsanın daxili şəffaf ayna kimidir ki, İlahi feyzin nişanəsidir. Yəni, bu ayna İlahi feyzi bizə nişan verər. İnsan əgər şəffaf ayna olmağı bacararsa, Allahın feyzini görər. Belə insan nə yolunu azar və nə də başqalarının yolunu bağlayar.

Rəcəb – Allahın rəhmət ayıdır və bu ayda İlahi rəhmət, yağış kimi insanların üzərinə yağar. Bu ayda insanlar Allahdan bağışlanma istəyərək, paklanar və İlahi rəhmətə yaxın olarlar.

Bu ayın gəlməsi – bizim üçün İlahi nemətdir. Bu ayda oruc tutaq və onu qəflətdə keçirtməyək. Bu ayda edilən ibadətlərin ləzzəti tamamilə başqadır.

Allah bizə bu ayda tutum və ləyaqət nəsib etsin! Amin!”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031