Bu duanı 7 dəfə oxuyan, bəlanı özündən dəf edər
Mьəllif: admin1
Tarix: 4-02-2020, 17:25
Bu duanı 7 dəfə oxuyan, bəlanı özündən dəf edər
Bəla və müsibət insana ya imtahan olması üçün nazil olar, ya da etdiyi günahların nəticəsi olar. Hər bir halda bəlanın qarşısını almaq mümkündürmü?

Bəli, mümkündür və bununla bağlı Məsumların (ə) tövsiyələrinə diqqət edək.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sübh çağı bu duanı 7 dəfə oxuyarsa, həmin günün bəlasından xilas olar:

«فَاللَّهُ خَیْرٌ حافِظاً وَ هُوَ أَرْحَمُ الرَّاحِمِینَ‏. إِنَّ
وَلِیِّیَ اللَّهُ الَّذِی نَزَّلَ الْکِتابَ وَ هُوَ یَتَوَلَّی
الصَّالِحِینَ. فَإِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِیَ اللَّهُ لا إِلهَ
إِلَّا هُوَ عَلَیْهِ تَوَکَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِیمِ»

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kəs imanla “Ənam” surəsinin ilk üç ayəsini xalis niyyət və mənasına diqqət edərək oxuyarsa, Sübhan Allah 70 min mələyi hakim edər ki, onu bəladan saxlasınlar:

«الْحَمْدُ لِلّهِ الَّذِی خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ
الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِینَ کَفَرُواْ بِرَبِّهِم
یَعْدِلُونَ. هُوَ الَّذِی خَلَقَکُم مِّن طِینٍ ثُمَّ قَضَی أَجَلًا
وَأَجَلٌ مُّسمًّی عِندَهُ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ. وَهُوَ اللّهُ فِی
السَّمَاوَاتِ وَفِی الأَرْضِ یَعْلَمُ سِرَّکُمْ وَجَهرَکُمْ وَیَعْلَمُ
مَا تَکْسِبُونَ»


İmam Əli (ə) buyurur: “Hər kim zöhr namazı vaxtında 4 rükət namaz qılarsa və hər rükətdə “Həmdd”dən sonra “Ayətül-kürsü”nü oxuyarsa, Allah onun özünü, ailəsini, malını, dinini və dünyasını amanda saxlayar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bəlanı dəf edən bu duanı sübh çağı 3 dəfə oxuyarsa, şama qədər ona bəla çatmaz. Əgər axşam oxuyarsa, səhərə qədər ona bəla çatmaz:

«بِسْمِ اللَّهِ الَّذِی لَا یَضُرُّ مَعَ اسْمِهِ شَیْ‏ءٌ فِی الْأَرْضِ
وَ لَا فِی السَّمَاءِ وَ هُوَ السَّمِیعُ الْعَلِیمُ»

İmam Sadiq (ə) buyurur: “Hər kim imanla “Qureyş” surəsini hər gün 7 dəfə xalis niyyət, Allaha və mənasına diqqət edərək oxuyarsa, bəladan qorunmuş olar".

Allah Təala cəmi bəndələrini bəla və müsibətlərdən Özü amanda saxlasın!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930