Qızdırmaya qarşı güclü dua
Mьəllif: admin1
Tarix: 31-01-2020, 10:47
Qızdırmaya qarşı güclü dua
Xanım Fatimeyi-Zəhranın (s.ə) Allahın Rəsulundan (s) öyrəndiyi və hər gün səhər və axşam təkrar etdiyi bir dua vardır ki, bu dua qızdırmanın zərərlərini insandan dəf edir.

Seyid İbn Tavus öz kitabında Salmandan nəql edir ki, Xanım Fatimeyi-Zəhra (s.ə): “Bu dünyada yaşadığınız müddətcə qızdırmanın zərərinin sizə toxunmasını istəmirsinizsə, bu duanı oxuya bilərsiniz” deyə buyurub.

Dua, “Nur duası” adlanır və o, belədir:

Ərəbcə

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم
بسم الله النور، بسم الله نور النور، بسم الله نور على نور، بسم الله الذي هو مدبّر الأمور، بسم الله الذي خلق النور من النور، الحمد لله الذي خلق النور من النور، وأنزل النور على الطُور، في كتاب مَسطور في رَقٍّ منشور، بَقَدر مقدور، على نبيٍّ مَحبُور، الحمد لله الذي هو بالعز مذكور، وبالفخر مشهور، وعلى السَّرَّاء والضَّرَّاء مشكور، وصلى الله على سيدنا محمد وآله الطاهرين


Transkripsiyası:

“Bismilləhir-Rahmənir-Rahim.

Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Bismillahin-nur. Bismillahi nurin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə muudəbbirul-umur. Bismillahil-ləzi xaləqən-nurə minən-nur.

Əlhəmdu lillahil-ləzi xələqən-nurə minən-nur. Və ənzələn-nurə ələt-tur. Fi kitabin məstur. Fi riqqin mənşur. Biqədərin məqdur. Əla nəbiyyin məhbur. Əlhəmdu lillahil-ləzi huvə bil-izzi məzkur. Və bil-fəcri məşhur. Və ələs-sərrai vəz-zərrai məşkur. Və salləllahu əla seyyidina Muhəmmədin və alihit-tahirin”.

Tərcüməsi:

“Rəhim və Rəhman Allahın adı ilə.

Nur olan Allahın adı ilə. Nurun nuru olan Allahın adı ilə. Nur üzərində nur olan Allahın adı ilə. Bütün işləri idarə edən Allahın adı ilə. Nurdan nur yaradan Allahın adı ilə. Nurdan nur yaradan, Tur dağının üzərində Müqəddəs Kitabda (Tövratda), açılmış vərəqədə yazılan kimi, öz ölçü və miqdarında bilikli Peyğəmbərə (Həzrət Musaya (ə)) nuru (vəhyi) endirən Allaha həmd olsun.

İzzəti ilə xatırlanan, fəxrlə tanınan, həm xoşluqla (möminlər tərəfindən), həm də ikrahla (kafirlər tərəfindən) şükür olunan Allaha həmd olsun. Ağamız Mühəmmədə və pak nəslinə Allahın salavatı olsun”.



Hazırladı: Ülviyyə Bədəl
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930