Cümə axşamı dua günüdür
Mьəllif: admin1
Tarix: 19-12-2019, 22:40
Cümə axşamı dua günüdür
İmam Baqirdən (ə) cümə axşamının fəziləti ilə bağlı belə bir hədis nəql olunur:

اِنَّ اللّه َ تَعالى لَیُنادى کُلَّ لَیْلَةِ جُمُعَةٍ مِنْ فَوْقِ عَرْشِهِ مِنْ اَوَّلِ اللَّیلِ اِلى آخِرِهِ: اَلا عَبْدٌ مُؤمِنٌ یَدْعونى لاِخِرَتِهِ وَ دُنْیاهُ قَبْلَ طُلوعِ الْفَجْرِ لاُجیبَهُ ؟ اَلا عَبْدٌ مُؤمِنٌ یَتوبُ اِلَىَّ مِنْ ذُنوبِهِ قَبْلَ طُلوعِ الفَجرِ فَاَتوبَ عَلَیْهِ؟ اَلا عَبدٌ مُؤمِنٌ قَد قَـتَّرتُ عَلَیهِ رِزقَهُ فَيَسْأَلُنِي الزِّیادَةَ فى رِزقِهِ قَبلَ طُلوعِ الفَجرِ فَاَزیدَهُ وَ اُوَسِّعَ عَلَیهِ؟ اَلا عَبدٌ مُؤمِنٌ سَقیمٌ يَسْأَلُنِي اَن اَشفیَهُ قَبلَ طُلوعِ الفَجرِ فاُعافیَهُ؟ اَلا عَبدٌ مُؤمِنٌ مَحبوسٌ مَغمومٌ یَساَلُنى اَن اُطلِقَهُ مِن حَبسِهِ وَ اُخَلِّىَ سَربَهُ؟ اَلا عَبْدٌ مُؤمِنٌ مَظلومٌ يَسْأَلُنِي اَن آخُذَ لَهُ بِظُلامَتِهِ قَبلَ طُلوعِ الفَجرِ فَاَ نْتَصِرَ لَهُ وَ آخُذَ لَهُ بِظُلامَتِهِ؟ قالَ علیه السلام : فَلا یَزالُ یُنادى بِهذا حَتّى یَطلُعَ الفَجرُ.

“Allah-Taala hər cümə axşamı ərşin fövqündən gecənin əvvəlindən sonunadək belə nida edər: “Sübh açılmamış bir mömin bəndə məni çağıracaqmı ki, dünya və axirəti üçün duasını yerinə yetirim? Sübh açılmamış bir mömin bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mömin bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım və genişləndirim? Sübh açılmamış bir xəstə mömin istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mömin sübhdən qabaq dua edəcəkmi ki, onu zindandan qurtarım? Görəsən zülmə məruz qalmış bir mömin sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, ona yardım edim və haqqını qaytarım?” İmam Baqir (ə) sözünə belə davam edir: “Bəli, bu nida sübh açılanadək davam edər.” (“Təhzibul-əhkam”, c.3, səh.5.)

Qeyd etməliyik ki, Əhli-beyt (ə) rəvayətlərində dua üçün ən münasib vaxt cümə axşamı hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli və üstün gecə olan “Qədr” gecəsinə oxşadılır. Din rəhbərləri deyirlər: “Çalışın cümə axşamını namaz, dua, zikr və tövbə ilə sübh edin. Allah-Taala cümə gecəsi iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər.” (“Biharul-ənvar”, c.86, səh.273.)

Elə həmin mənbədə göstərilən başqa bir hədisdə belə buyurulur: “Oğlanları Həzrə Yəqubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o, bu duanı cümə axşamınadək təxirə saldı.”

Cümə axşamı üçün bir sıra namazlar, dualar və zikrlər müəyyənləşdirilmişdir. Dualar arasında “Kumeyl” duasının xüsusi yeri vardır.


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930