Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?
Mьəllif: admin1
Tarix: 13-06-2019, 22:14
Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?
Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri – dildir. Əgər bu dil Allahı zikr edərsə, öz vəzifəsini yerinə yetirmiş olar. Zikr edən dil, öz sahibinə çox sayda faydalar və bərəkətlər gətirər.

Dil – qəlbin aynasıdır. Zikr o zaman dəyərli olar ki, qəlbdən gələr.

Maddi bərəkətlər:

1. Bəsirət. O kəsin ki, zikr edən dili olar, Allah onun qəlbini nurani edər. Ona bəsirət əta edər. O, Allah nuru ilə doğru yola hidayət olar.

2. Halal ruzi qazanar. Dünya nemətləri insanın ehtiyaclarını təmin etmək üçün zəruri olsa da, onunla çox məşğul olmaq insanı qəflətə sala bilər. Allah o insanları sevir ki, hər bir halda Allahı yada salarlar, hətta ruzi qazanan zaman belə.

Yəni, bütün səyləri ruzinin halal qazanılması yönündə olar. İmam Əli (ə) buyurur: “O zaman ki, bazara daxil olursunuz, Allahı çoxlu yada salın”.

Mənəvi bərəkətlər:

1. Allahla yoldaş olar. Quran ayələri buyurur ki, hər kim Allahı yada salar – Allah da onu yada salar. Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala Musaya (ə) buyurur: “Mən o kəsin yoldaşıyam ki, Məni yada salar”.

2. Nəfsinin pak olması. İnsan dünyaya gələn zaman nəfsi pak və pakizə olar. Ancaq tədricən dünya ilə tanış olduqca, rəzil sifətlər onun nəfsini çirkləndirər. Qəlbi daş bağlayar və qəflətə düşər.

İnsanın nəfsini pak saxlayan amillərdən ən mühümlərindən biri – Allahı yada salmaqdır. Çünki Allah – paklıq məzhəridir. Allahı zikr etmək insanı həm müalicə edər və həm də çirkinliklərdən qoruyar.

3. Daxili rahatlıq. Allahı zikr etmək insanı rahatladar və gündəlik gərginliklərin aradan getməsinə səbəb olar. Çünki möminlərin qəlbi həmişə Allahladır və Onu zikr edərək, aramlıq tapar.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031