Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi
Mьəllif: admin1
Tarix: 14-02-2023, 10:24
Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi
İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”.

O, mənə dedi: De:
"یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ،”


"Ya huvə ya mən lə huvə illə huvə"

O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.

Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””.

İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”.

Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu.

Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”.

Həzrət Əli (ə) buyurur: “Allahın əzəmətli adı və tövhidin sütunudur”.

Sonra bu ayəni tilavət etdi:

...شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ

(ŞəhidAllahu innəhu lə iləhə illə huvə..). (Ali-İmran-18)

Atdan düşüb dörd rükət namaz qıldı”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031